İRANIN TALİBANLA TİCARƏT UÇAĞI İŞƏ DÜŞDÜ

İran Talibanla təyyarə vasitəsi ilə ticarət əlaqəsinə başlayıb. Məşhəddən Kabula ilk ticarət uçağı eniş edib.

Azerbaycan-ruznamesi.org “Azad İran” Telegram kanalı xəbər verir ki, bu haqda İran mətbuatı məlumat yayıb.

Bildirilir ki, Məşhəd hava limanından ötən gün səhər “çarter” resyi ilə yola düşən “Mahan Air” uçağı Kabul hava limanına eniş edib.

İran hökuməti Taliban qruplaşmasını hərbi və siyasi cəhətdən dəstəkləyən əsas dövlət idi. Ötən illər ərzində dəfələrlə Talibana məxsus silah anbarlarından İran istehsalı olan silah-sursat və partlayıcı maddələr aşkar edilmişdi. Bundan əlavə, son illər Tehran hökumətinin rəsmiləri dəfələrlə Talibana açıq- aşkar siyasi dəstək göstərmişdilər.

Bununla da aydın olur ki, İran hökuməti harda terror və insanlıq düşməni olanlar varsa, öz hədəfləri üçün onların ətrafında yer alır.

Xəbərçi

Şərhlər bağlıdır.