XOYDA MƏKTƏB BİNALARI ÇATIŞMIR

70 min şagirdin təhsil adlığı Xoy şəhərində məktəb binaları çatışmır. Xoy şəhəri Təhsil İdarəsinin rəhbəri Qulamrza Nəzərəlilu bu barədə ətraflı məlumat verib. Azerbaycan-ruznamesi.org-un əldə etdiyi o, mahalda 70 min şagirdin təhsil aldığını, 8 min təhsil işçisinin isə bu sahədə çalışdığını deyib.

İdarə rəhbəri, Xoy xeyriyyəçilərinin məktəb tikintisindəki əməyindən danışaraq bildirib ki, bu sahədəki fəaliyyətlərə görə, Xoy xeyriyyəçiləri ölkədə ilk yerlərdən birini tuturlar.

Q.Nəzərəlilu hazırda Xoyda mövcud olan 509 sinif otağından ibarət 109 məktəbin yerli xeyriyyəçilər tərəfindən inşa edildiyini qeyd edib.

“Hazırda 164 sinifdən ibarət 24 məktəb xeyriyyəçilərin vəsaiti hesabına tikilməkdədir. Bununla yanaşı onlar 143 sinifdən ibarət 27 məktəbində tikinti xərclərini ödəməyə söz veriblər”-deyə, Xoyun Təhsil İdarəsinin başçısı bildirib.

Qeyd edək ki, son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemi bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağına işarə ediblər. Bu isə onu göstərir ki, hər şey qalır xeyriyəçilərin insafına.

Nurlanə

Şərhlər bağlıdır.