İRANLI GENERALIN HƏDƏSİ

"4 MİN RAKET BURAXACAĞIQ VƏ BAKI MƏHV EDİLƏCƏK"

İranlı generalın Bakıya gəldiyi hədə-qorxu Ermənistanın “Armenpress” informasiya agentliyi vasitəsilə yayımlanıb. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bağıri deyib: “Qarşıdurma gərginləşərsə, Azərbaycana 4 min raket buraxacağıq və Bakı məhv ediləcək”… Əfsuslar olsun ki, Azərbaycandakı bəzi kütləvi informasiya vasitələri də sözügedən “məlumat”ı yayıblar.

“Armenpress” belə informasiya yaymayıb və general Məhəmməd Bağıri də belə absurd açıqlama ilə çıxış etməyib.

Bu feyk-məlumatın mənbəyi Telegram-dakı “SisMasis” kanalıdır ki, o da absurd, marazmatik və uydurma “xəbər”lər, yalanlar yayması ilə ad çıxarıb.

Sözügedən “informasiya” Moskvada taksi sürücüsü işləyən şəxsin idarə etdiyi Telegram kanalından savayı heç bir yerdə yoxdur.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.