İranın cənub-qərbindəki Buşehr vilayətində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.
Azerbaycan-ruznamesi.org Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Gunave rayonunda, yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ nəticəsində tikililərdə fəsadlar əmələ gəlib. 4 yaralının olduğu bildirilir. Fəsadların artacağı istisna edilmir. Bölgəyə xilasedicilər cəlb edilib.
Xəbərçi
Şərhlər bağlıdır.