ƏJDƏR OL “GÜNEYLİLƏRƏ”

GÜNÜMÜZLƏ SƏSLƏŞƏN ŞEİR

 Əjdər Olun uzun illər bundan əvvəl yazdığı şeir çox təsirlidir. Yayınlamağı qərara aldım.  Güney azərbaycanlılara itfah olunub.

Namiq  Hacıheydərli,
şair

 

Güneylilərə

Ey mənim Urmiyam, Xoyum, Zəncanım,
Özgə məmləkətdən qopmursunuzmu?!
Başınız üstündə bayraq etməyə,
Bir şəhid köynəyi tapmırsınızmı?!

Ya rəhbər, ya rəhbər kiminiz yoxmu?!
Bir alayarımçıq himniniz yoxmu?!
Üst-üstə gələndə cəminiz yoxmu?!
Bir məclis, yığıncaq yapmırsınızmı?!

Bir dəstə yığışsın fəpman yazmağa,
Bir dəstə yollansın sərhəd cızmağa,
İnqilab yetirən münbit torpağa,
Azadlıq toxumu səpmirsinizmi?!

Bizə Araz deyin, Kür özünüzə,
Bizə qiblə deyin, pir özünüzə,
Siz bir bizə baxın, bir özünüzə,
Görün yolunuzdan sapmırsınızmı?!

Könlümün paytaxtı Təbrizdir, Təbriz,
Hay deyin, bu yandan huy deyərik biz,
Könül atlarında dikəlib yüz-yüz,
Üzü Təbrizimə çapmırsınızmı?!

Əjdər Ol

Şərhlər bağlıdır.