RUSİYA AVİASİYASI DURMADAN BOMBALAYIR, ƏSƏD QOŞUN YIĞIR… 

SOÇİ DANIŞIQLARININ ARDINCA

Türkiyə və Rusiya prezidentləri arasında ötən həftə Soçidə baş tutmuş danışıqların ardınca Suriyanın şimalında vəziyyət stabilləşməyib.

Azerbaycan-ruznamesi.org EDNews.net-ə istinadən xəbər verir ki, Rusiyanın Hava Kosmik Qüvvələrinin təyyarələri müntəzəm olararq İdlibdə müxalif qruplaşmaların mövqelərinə raket-bomba zərbələri endirir. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən hava zərbələri zamanı ağır bombalar da tətbiq olunur. Rusiya tərəfi bu zərbələri Hmeymim aviabazasına kamikadze-dronların köməyi ilə yeni hücum cəhdləri ilə əsaslandırır.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında danışıqların əsas mövzularından biri Suriyanın şimalında, İdlib deeskalasiya rayonunda vəziyyət olmuşdu. Tərəflər bu regionda stabilliyin qorunmasının vacibliyi məsələsində ümumi razılığa gəlmişdilər. Lakin belə görünür ki, status-kvonun qorunub saxlanılması barədə anlaşma pozulur, çünki Bəşər Əsəd rejimi öz ordu qüvvələrini İdlibə cəmləşdirməkdə davam edir. Yayılan xəbərlərə görə, Əsəd ordusu müxalif qruplaşmaların nəzarətindəki bölgələrə hücuma başlamaq niyyətindədir. Son məlumatlara görə, Suriya ordusunun daha bir karvanı, o cümlədən zirehli texnikaları , artilleriyası İdlibə doğru hərəkət edib.

Əlbəttə, Türkiyə də Suriyanın şimalında öz mövqelərini qoruyub saxlamaqda qətiyyətlidir və son məlumatlara görə Türkiyə Silahlı Qüvvələrinin yeni bölmələri Qafr-Lusin sərhəd-keçid məntəqəsindən İdlibə daxil olub. Bura zirehli texnikalar və dayaq məntəqələrini möhkəmləndirmək üçün beton bloklar daşıyan TIR-lar daxildir. Bundan əvvəl, Soçi danışıqları ərəfəsində Türkiyə Suriyanın şimalında daha bir neçə min hərbçi və çoxsaylı texnika yeritmişdi.

 

Şərhlər bağlıdır.