AZƏRBAYCANIN GÜNEYİNDƏ DƏMİRYOLÇULAR TƏTİLƏ ÇIXIB

İranda dəmiryolçuların etiraz mitinqi keçirilib. Onlar gecikdirilən əmək haqlarının ödənilməsini tələb edirlər. Etirazın əhatə etdiyi dairə genişdir.

Onlar Salmas, Culfa, Tufarqan, Mərən və Əcəbşer şəhərlərinin dəmir yollarında çalışanların əmək haqlarının ödənilməsi ilə bağlı müraciətlərinə aidi qurumlar tərəfindən cavabsız qalmasına etiraz ediblər. Bütün çətinliklər sahənin özəl sektora verilməsindən sonra başlanılıb. Belə ki, onlar iş şəraitlərinin daha da çətinləşdiyini, ədalətsizliyə və istismara məruz qaldıqlarını qeyd ediblər.

İşçilər hazırkı vəziyyətdə məşğul olduqları sahə podratçı şirkətlər vasitəsilə idarə olunduğu üçün daimi olaraq iş təminatlarından narahatdırlar.

“Uzun illərdir ki, bütün müqaviləli işçilər üçün ümumiləşdirmə planınının həyata keçirilməsini istəyirik. Ancaq rəsmilər hələlik bunun həyata keçirilməsinə razılıq verməyiblər.

Ümumiləşdirmə planı əmək haqqının birləşdirilməsinə və bütün işçilər üçün daha yaxşı iş şəraitinin yaradılmasına səbəb olacaq. Bundan əlavə, işçilər haqqında qanunun monitorinqini və icrasını asanlaşdıracaq”-deyə, dəmir yolları işçiləri bildiriblər.

Dəmiryolu işçiləri bu sahənin dəmir yollarının təmiri və lazım olan ehtiyat hissələrinin alınması üçün vəsaiti olmayan podratçı şirkətlərə verilməsinin düzgün addım olmadığını qeyd edirlər.

“Çətin şəraitdə Azərbaycanın dəmir yolu xətlərini saxlayır, təmir edir və sərnişin qatarlarının təhlükəsizliyini təmin edirik.

Buna görədə dəmiryolunun infrastrukturu və təmiri kimi sahələr özəl şirkətlərə verilməməlidir”, – deyə onlar narazılıqlarını bildirirlər. Dəmiryolçular  özəl şirkətlərin fəaliyyətlərinin dəmir yolları və işçilər üçün qane edici olmadığını deyiblər.

Qeyd edək ki, dəmir yolu işçiləri cari günəş ili ərzində oxşar problemlərlə bağlı bir neçə dəfə aksiya keçiriblər.

Hələlik bu günə kimi onların istəklərinin heç biri yerinə yetirilməyib.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.