ABŞ-ın Texas ştatında, ürək əməliyyatından sonra 4 xəstəyə hava emboliyası edərək öldürmək iddiası ilə hakim qarşısına çıxarılan tibb bacısına edam hökmü elan edilib.
Azerbaycan-ruznamesi.org xarici mediaya istinadla xəbər verir ki, 37 yaşlı Davis 2018-ci ilə qədər Trinity Mother Frances adlı xəstəxanada işləyib.
Tibb bacısının ürək əməliyyatı keçirən xəstələrin otağına daxil olduğu kameralar vasitəsilə müəyyən edilib. Qatil palatanı tərk etdikdən sona xəstələrin halı qəfil pisləşib və ölüblər.
Prokuror Kris Gatevod deyib ki, xəstəxana qatilin gizlənməsi üçün mükəmməl yerdir.
“Qatil otaqlara daxil olaraq xəstələrə venadaxili hava vurmaqdan xoşlanırmış. Qurbanlarının ölümünü monitordan şəxsən izləyirmiş”, – prokuror bildirib.
Məhkəmə qatil barəsində edam cəzası çıxrıb.
Şərhlər bağlıdır.