Pakistanın Lahor şəhərində Fransa səfirinin ölkədən qovulması tələbi ilə aksiya keçirilib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, Tehreek-e-Labbaik Pakistan partiyasının tərəfdarları tərəfindən keçirilən aksiya zamanı səfirin qovulması ilə yanaşı, Fransa məhsullarının boykot edilməsinin təsdiq edilməsi tələb olunur. Həmçinin aksiya iştirakçıları 26 yaşlı partiya lideri Səəd Rizvinin sərəbəst buraxılmasını tələb edir.
Aksiya iştirakçıları bəyan edib ki, onların tələbləri yerinə yetirilməsə irimiqyaslı aksiyalar üçün çağırışlar edəcəklər.
Qeyd edək ki, Tehreek-e-Labbaik Pakistan partiyası uzun müddətdir bu tələbləri irəli sürür.
Nazim
Şərhlər bağlıdır.