DAHA 15 CASUS İFŞA OLUNDU

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) casuslara qarşı növbəti əməliyyat keçirib. Əməliyyat zamanı Mossad-ın (İsrail Kəşfiyyat Təşkilatı) 15 nəfərlik şəbəkəsi ifşa olunub.

MİT-in 200 nəfərlik qrupu Mossad-ın Türkiyədə xarici və türk vətəndaşı olan şəxslər vasitəsilə keçirdiyi gizli əməliyyatın üstünü açıb. İddia olunur ki, Mossad Türkiyənin müdafiə sənayesi ilə bağlı məlumatları da əsasən həmin 15 nəfər vasitəsilə toplayırmış.

Mossad-a bağlı olan və 3 nəfərlik qruplara bölünən 15 casusu MİT bir il izləyib. Daha sonra MİT məlumatı polislə paylaşıb. Terrorla mübarizə üzrə ixtisaslaşan polislər 4 məntəqədə 15 casusu yaxlayıb.

Azerbaycan-ruznamesi.org reyting.az-a istinadən ifşa olunan casuslarla bağlı əməliyyatın detallarını təqdim edir:
Bir illik izləmənin nəticəsində Türkiyə vətəndaşı və ya əcnəbi kimi ölkədə qalan şəxslər barədə ətraflı məlumat toplanıb və şəbəkənin bütün şifrələri çözülüb. 3 nəfərlik qrupa bölünən 15 casus MİT-in sistematik nəzarətində olub. Əksəriyyəti ərəb əsilli olan casuslar Türkiyə əleyhinə fəaliyyət göstərməsilə bağlı sorğu-sual edilib. MİT mütəxəssisləri ələ keçirilən casusları əhatəli sorğu-sual etdikdən sonra araşdırmanın dərinləşdirilməsi və geniş bir iddianamənin hazırlanacağı gözlənilir.

Türkiyə əleyhinə işləyən casuslar əldə etdikləri informasiyaları pul qarşılığında Mossad-a ötürüb.

Türkiyənin İsraillə müxalif olan fələstinlilərə hansı şərait yaratması haqqında da məlumat toplayan və eyni zamanda ödənişlər üçün canlı kuryer kimi fəaliyyət göstərən şəbəkənin əsas şəxslərindən biri olan A.B -nin 2015-ci ilin son aylarında ölkəyə daxil olduğu müəyyənləşib. Maraqlıdır ki, A.B. 2021-ci ilin iyun ayında Maltəpədə itkin düşmüş şəxs kimi polisə müraciət edib.

İtkin-bildiriş sayəsində hüceyrənin maneəsiz işləməsi hədəflənmişdi, ancaq şəbəkə faktiki o an MİT-in nəzarət altında idi. Mossad-a pul qarşılığında çalışan və bu quruma bağlı olduğu bildirilən A.B.-nin 307 nömrəli İsrail pasportu ilə sahə zabiti olduğu ortaya çıxıb.

Bildirilir ki, 5 kəşfiyyat qrupundan ibarət olan şəbəkə əldə etdiyi məlumatları bioqrafik kəşfiyyat hesabatlarına çevirərək, gizli şəkildə internet əsaslı kripto-proqramlarla xaricdəki Mossad nümayəndələrinə göndərirmiş.

Casus şəbəkəsi Türkiyədə fəaliyyət göstərən müxtəlif dərnək və təşkilatlar haqqında da araşdırmalar aparıb və əldə etdikləri məlumatları İsrail məxfi xidmətinin rəsmilərinə verib.

15 casusun tərcümeyi-halı müqabilində “Western Union və Moneygram” kimi pulköçürmə şirkətlərindən ödəniş aldığı və Bitkoin-dən də ödəniş üçün istifadə etdikləri müəyyənləşib. Casusların ödənişləri canlı kuryer sistemi kimi təyin olunan sistemdən istifadə etməklə, həm də pulköçürmə büroları, zərgərlik mağazaları və Türkiyədən xaricə pul köçürmələri edə biləcək bazarlar kimi nöqtələrdən aldıqları üzə çıxıb.

İsrailin məxfi xidməti üçün çalışan casusların xaricdəki Mossad rəsmiləri ilə canlı görüşlər keçirdiyi də aşkar edilib.

Mossad şəbəkə üzvlərinə göstərişi İsraildə deyil, başqa ölkələrdə verib. Casusların Avropa və Afrika da daxil olmaqla, müxtəlif ölkələrin şəhərlərindəki sahə rəhbərlərindən təlimat aldıqları müəyyən olunub. Xüsusilə Xorvatiyanın paytaxtı Zaqrebdə, Rumıniyanın paytaxtı Buxarestdə, İsveçrənin Sürix şəhərində və Keniyanın paytaxtı Nairobidə xaricdəki casusların İsrail xüsusi xidmət işçiləri ilə görüşdükləri və orada təlimat aldıqları üzə çıxıb. Səfərlər zamanı viza problemini Mossad həll edib.

Casuslar əldə etdikləri məlumatları xaricdəki Mossad rəsmilərinə göndərmək üçün “Protonmail” adlı proqramdan yararlanıblar. Bu tətbiqdə yaradılan vordfaylların şifrələndiyi öyrənilib.

Başqa bir üsul “SafeUM” proqramı olub. Bu proqram vasitəsilə əldə edilən saxta nömrə ilə “Whatsapp” kimi tətbiqlərdən Mossad idarəçiləri ilə məxfi əlaqə qurulub.

Şərhlər bağlıdır.