KEÇMİŞ GENERALA, VALİYƏ VURULAN SİLLƏNİN SƏBƏBİ

AZƏRBAYCANLILARI SEVMƏZLİK, KOBUDLUQ, HAYASIZLIQ

Təbrizin yeni valisi Zeynalabdin Rezai Xürrəm vəzifəyə təyin olunarkən mərasimdə yaxşıca sillə dərsi alıb. Dünyanın 200-ə yaxın xəbər agentliyi  və sayt portalı mərasimi ətraflı ışıqlandırdı. Lakin məsələnin əsl mahiyyəti yalnız əməkdaşımızın geniş araşdırmasından sonra təfərrüatları üzə çıxdı.

Məlum oldu ki, bu vəzifəyə təyin olunanadək Rezai ağzının heyvərəliyi ilə fərqlənən İran İslam İnqilabı Keşikçilərinin generalı olub. Tabeliyindəkiləri söyməkdən, təhqir etməkdən, xüsusilə ana söyüşü yağdırmaqan ləzzət alıb. Milliyətcə kürd olan general xüsusilə tabeliyində olan azərbaycanlı əsgər və zabitlərə qarşı dəhşətli sözlər işlətməkdən zövq alıb və onun milli baxışları da bundan qaynaqlanıb.

Seyid Cavad and içmişdi ki, general  xidməti paqonunu təhfil verdikdən sonra onun nalayiq hərəkətləri cavabsız qalmayacaq və  ilk fürsətdən rəsmi dövlət tədbirində imkanı əldən verməyib. Təzə vali sillə behi ilə vəzifəyə başlayıb. İnanmırıq ki, o, tezliklə ayıla! Bu sillə rejimin milli siyasətinə vurulan zərbədir. Həm də millətlər arasında münaqişələrdən qazanmaq istəyənlər üçün vurulan zərbə.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.