PKK ÜSYANA QALXIR

680 TERRORÇU TÜRKLƏRLƏ DÖYÜŞMƏK İSTƏMİR

Azerbaycan-ruznamesi.org “TRT Haber”-ə istinadən yazır ki,Türkiyə Silahlı Qüvvələrinin “Barış pınarı” (“Barış bulağı”) əməliyyatını keçirdiyi Suriyanın Rakka bölgəsində olan terrorçular döyüşmək istəmirlər.

Bölgənin Ayn İsa və Haseke əyalətinin Tel-Tamir rayonlarında terrorçu PKK/YPG-PYD qruplaşmasının 680 silahlısı döyüşə girmək istəmir.

Xəbərdə bildirilir ki,Hasekedəki təlim düşərgəsindən 370, Rakkadan isə 310 terrorçu Türkiyə Silahlı Qüvvələri ilə döyüşə girməkdən çəkinir.

Göstərilir ki, Türkiyənin Altınbaş Universiteti Elmi Şurasının üzvü doktor Eray Güçlüer məsələni belə şərh edib: “Terror təşkilatına başçılıq edəcək təcrübəli terrorçu qalmayıb. Onların 80 faizi sıradan çıxarılıb. Türkiyə humanist və inandırıcı üsullarla çox mühüm addımlar atıb. Terror təşkilatının əsas mərkəzi deyilən bir yer yoxdur. PKK-ya bağlı dağınıq qruplar var. Artıq onların təşkilat bütövlüyü yoxdur. Terrorçuların qaçması təşkilatın parçalanması əlamətidir”.

Şərhlər bağlıdır.