URMU GÖLÜNÜN QURUMA QORXUSU

PAYIZIN SONUNU GÖZLƏYƏK

Yasir Rəhbərdidə məlumat verir ki, Urmu gölü məhv olmaq ərəfəsindədir. Burada suyun həcmi ötən ilə nisbətən iki dəfə azalıb. Problemin həlli üçün ayrılsa da  hara xərclənməsi məlum deyil.

Bildirilir ki, Urmu Bərpa Mərkəzi bu məqsədlə 15 milyard tümən vəsait alıb.

Urmunun İran parlamentindəki nümayəndəsi Salman Zakir isə gölün bərpası üçün ciddi heç bir tədbir görülmədiyini bildirir: nisbi canlanmalar təbii yağıntılar nəticəsində baş verir.

Ekoloji böhranlar üzrə ekspert və İranın Ekoloji Risklər və Davamlı İnkişaf Assosiasiyasının üzvü Məhəmmədrza Məhbubfər mətbuata verdiyi açıqlamada gölün bərpası ilə bağlı verilən vədlərin doğru olmadığını qeyd edib: “İran Energi Nazirliyinin Urmu gölünün bərpası ilə bağlı verdiyi vədlər doğru deyil. Hazırda gölün durumu olduqca acınacaqlıdır və bunun aradan qaldırılması ilə bağlı Enerji Nazirliyinin hər hansı səmərəli addımını görməmişik”.

Məhbubfər qeyd edib ki, əlaqədar qurumlar problemin həlli üçün su bəndlərindən gölə iki milyard kubmetr su buraxmaq istədiklərini elan ediblər. M.Məhbubfər  qeyd edib ki, Urmu gölünün illik su payından yığılıb qalan kvotası 16 milyard kubmetrdir.

“Urmu gölünün bərpası ilə bağlı bütün layihələr iflasa uğrayıb. Ayrılan pulların hara getdiyi bəlli deyil. problem məsulların iddia etdiyindən daha ciddi, faciə həddindədir.

Ölkədə hakim olan siyasi, ictimai və iqtisadi böhranların şiddətləndiyi bir dönəmdə gölün bərpası ilə bağlı verilən vədlərin reallaşacağı inandırıcı görünmür”-deyə, M.Məhbubfər məsulları yalan daışmaqda ittiham edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.