Bu gün bir müğənni Aşıq Hüseyn Cavanın “Boylana-boylana” mahnısının ilk sətirini səhv oxudu: “Azad bir quş girib bağa”.
Əslində isə mahnının mətnində heç bir quşdan-qaratoyuqdan söhbət getmir:
Azad bir qız girib bağa,
Gəzir boylana-boylana.
Xumar gözün sola, sağa,
Süzür boylana-boylana.
İçib eşqin bulağından,
Gəzir Məcnun sorağından,
Tər qönçəni budağından,
Üzür boylana-boylana.
Alıb kitabı əlinə,
Baxır hər bir sətirinə,
Atılıb eşqin gölünə,
Üzür boylana-boylana.
Açıb qönçə dəhanını,
Qumru təkin zəbanını,
Cavan Hüseynin canını,
Üzür boylana-boylana.
İttifaq Mirzəbəyli
Şərhlər bağlıdır.