AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV VƏ XANIMI ŞUŞADA OLUBLAR 

Dünən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olublar. 

Səfər unudulmaz açılışlar və görüşlərlə zəngin olub. Dövlətimizin başçısı İlham Əliyev və xanımı öncə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar. 

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.