VİDADİ MUSTAFAYEV YAZIR:

HƏQİQƏTİ DEMƏYƏ LAL, GÖRMƏYƏ KOR, BÖHTAN ATMAĞA PƏRGAR PANFARSİST

Özünü bölgə məsələləıri üzrə ekspert kimi qələmə verən Məhəmməd Rza Forqanı adlı birisi Azərbaycan-Ermənistan münasibəti ilə bağlı məsələlərdə ağına-bozuna baxmadan ancaq Azərbaycan əleyhinə böhtan və iftira dolu müsahibə verməklə gündəmə gəlib.

17 noyabr 2021/26 aban 1400-cü il tarixində bu başabəla ekspert Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarını “şərh” edərkən Ermənistana qardaş gözü ilə baxıb, onun halına acıyıb timsah yaşları axıdıb, Azərbaycanı günahlandırmağa cəsarət göstərib. Bir sıra iranlı “alim” və analitiklər İranın həqiqi alim və bilikli analitiklər tayfasının adına qara ləkə olduqlarını nümayiş etdirirlər. Onlar savadsız bir tayfa ilə danışdıqlarını güman edərək hər nə qədər yalan-palan bilirlərsə tamaşaçılara və dinləyicilərə sırıyıb onlarda Azərbaycan əleyhinə əhval-ruhiyyə yaratmağa çalışırlar. Belə “analitik”lərin sözləri və şərhlərinə yəqin ki, nəinki samballı alim və təhlilçilər, hətta az-çox sağlam düşüncəyə sahib olan şəxslər də istehza ilə yanaşarlar.

Soruşan olar ki, bu başabəla, panfarsist “ekspert” nə deyib?

İran ictimai rəyində Azərbaycana qarşı düşmənçiliyi qızışdıran sözügedən analitik deyir ki, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal etmişdi. Sonra Azərbaycan öz Silahlı Qüvvələrini gücləndirərək müharibəyə “başladı” və bu ərazilərin bir hissəsini geri aldı. Ekspert çox sakit şəkildə Azərbaycanı Vətən müharibəsini başlamaqda ittiham edir.
Ekspertin Erməni qardaşlarına canıyananlığının səbəbi bundan sonra daha geniş şəkildə məlum olur. Demə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün özünü Ermənistan ərazisinin digər hissələrini işğal etməyə haqlı bilir. Yaşam prinsiplərindən biri xəbis niyyətlərini gizlətmək olan panfarsistlərin “Ermənstanın ərazisinin digər hissəsi” deyəndə artıq xəbis və alçaqlıqla yoğrulmuş böhtan və iftira dediyini gizlədə bilmir. “Digər hissə” deyəndə bu etikalı yırtıcı panfarsist Azərbaycanın azad etdiyi əraziləri də Ermənistan ərazisi hesab edir. Belə böhtan əsasında qurulan məntiq ancaq Azərbaycana qarşı düşmənçiliklə yoğrulmuş panfarsistlərdə olar.
Panfarsist analitik bütün sadə həqiqətləri unudaraq Azərbaycanı Ermənistanın Azərbaycanı Naxçıvandan ayıran ərazisini işğal etmək məqsədi olmasında ittiham edir. Məlum olduğu kimi, hətta Azərbaycanı belə niyyəti olduğunda ittiham etmək heç ermənilərin özlərinin ağıllarına gəlməmişdir. Bu panfarsist analitik isə öz şərhlərində ermənilərin dərdinə onlardan daha çox yandığını qardaşlarına nümayiş etdirməkdən yorulmaq bilmir.
Başabəla analitik öz fobiyası və anti-Azərbaycan mövqeyindən çıxış edərək bəyan edir ki, Azərbaycan qanuni tarixi və humanist standartların əleyhinə gedib Ermənistanın DİGƏR bölgələrinə göz tikməməlidir və indiki coğrafi vəziyyətin regionun geopolitik dəyişikliyinə gətirib çıxarmamasını qəbul etməlidir.
İranda panfarsist dairələr kor yapalaq kimi 44 günlük Vətən müharibəsinin sonlarına yaxın regionun geopolitik vəziyyətinin dəyişə biləcəyindən danışırlar. Onlar İranın obyektiv analitiklərinin müharibədən sonra regionda heç bir geosiyasi dəyişikliklərin baş vermədiyi və verməyəcəyi haqqında əsaslandırılmş fikirlərinə əhəmiyyət vermirlər. Buna baxmayaraq panfarsist dairələr İran əhalisini Azərbaycan təhlükəsi ilə qorxutmaqda davam edərək anti-Azərbaycan əhval-ruhiyyəsini qızışdırmaqda davam edirlər.
Ermənilərin bu panfarsist qardaşı alimcəsinə bəyan edir ki, geopolitik dəyişiklikləri nə Ermənistan, nə onun qonşuları (nədənsə İran demir), nə də beynəlxalq ictimaiyyət qəbul etməz.

Yalan və həyasızlığın həddi-hüdudu olmurmuş. Bu alçaq yazır ki, Azərbaycan öz ərazilərinin bir hissəsini geri almaqla kifayətlənməyib Ermənistan ərazisinə daha çox təcavüz etmək istəyir.
Maraqlıdır ki, Azərbaycan Ermənistan ərazisinə nə vaxt təcavüz etmişdi ki, indi genişləndirmək istəyir.

Analitik xəbis xislətini büruzə verərək proqnoz verir ki, atəşkəs davamlı olmayacaq. Halbu ki, proqnoz tamamilə digər əsaslara dayanmalı idi. Ermənistanın beynəlxalq hüquq tərəfindən tanınan sərhədlərə hörmət etməsi, ərazi bütövlüyünü tanıması nəinki davamlı atəşkəsin, həmçnin daimi sülhün qarantı olardı.

Erməni Forqani Azərbaycanın düşməni oduğunu gizlətməyə belə ehtiyac duymur, böhtan və iftiralarını genişləndirir. O deyir ki, son hərbi toqquşma Azərbaycanın təcavüzü nəticəsində baş vermişdir.

Bu erməni-fars qarışığı həyasızlığın zirvəsinə qalxaraq oradan ermənilərə bəyan edir ki, bu hücumlar üçün Azərbaycanın heç bir qanuni hüquqi və əxlaqi əsası yox idi.

Hadisələri panfarsist mövqeyindən, yəni həyasızcasına yalanlar, iftira və böhtanlar əsasında şərh edən analitikin hədyanları haqqında fikir söyləmək tamamilə yersizdir. Çünki onun kəm ağlı haqlı iradları eşitməyə və kor gözü həqiqəti görməyə öyrənməyib. Onun kimilər dünyanı oduğu kimi deyil, görmək istədikləri kimi görürlər. Bu cəhətdən panfarsistlər ilə ermənilər arasında heç bir fərq yoxdur. Onlar dünyaya onlara qarşı intriqalar toxuyan düşmən kimi baxırlar. Ermənistanda digər xalqlar olmadığından qonşulara düşmən kimi baxdıqları halda, panfarsistlər İran xalqlarına və ilk növbədə Cənubi azərbaycanlılara düşmən kimi baxırlar. Hər yerdə düşmən görən və özlərini düşmənləri vasitəsi ilə təsdiq etməyə çalışan panfarsistlər və faşist ermənilərin yeri tarixin zibilliyidir.

Eyni zamanda daha bir panfarsist təşəbbüsə diqqəti cəlb etmək lazımdır.

Belə ki, bu yaxınlarda İran Xarici işlər naziri Azərbaycan Xarici işlər naziri ilə onlayn görüşdən sonra bildirmişdi ki, tərəflər ictimai rəyi və kütləvi informasiya vasitələrinin fəaliyyətini idarə etmək, ona nəzarət etmək üçün Birgə komitə yaratmaq barədə razılığa gəliblər. Az sonra İranın Bakıdakı səfiri həmin məsələni Azərbaycan XİN sözçüsü ilə müzakirə etdikləri haqqında məlumat vermişdi.

Razılaşma və müzakirənin təfərrüatı bizə məlum olmasa da, güman etmək olar ki, söhbət kütləvi informasiya vasitələrində və mətbu məkanda ölkələrin bir-birinə qarşı təhrikedici informasiyanın yayılmamasına nəzarət etməkdən getmişdir.
Elə həmin xoşməramlı danışıqlardan sonra da İranın İslam birliyinə informasiya dəstəyi göstərmək missiyasını öhdəsinə götürmüş “tasnim” saytında ermənidən daha artıq erməni olmaq istəyən farsın Azərbaycana qarşı yalan, iftira və böhtanlarla dolu bu müsahibəsi yer almışdır. Həmin müsahibə ilə tanış olan sıravi azərbaycanlıda farsların təbiətcə yalançı, böhtançı, iftiraçı olması və islam birliyinin düşməni olması haqqında təsəvvür yaranır.

Panfarsistdən heç kim islam birliyini möhkəmlətmək, İran və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərini gücləndirməyə dəstək göstərməyi tələb etmir. Sıravi vətəndaş isə analitikdir, nə zibildir, ondan hadisələrə düzgün və ya obyektiv yanaşmağı gözləyir.

Belə bir gözlənti qeyri-real görünsə də, bir məsələni təkcə bu yaramaz panfarsistin deyil, bütün fars ziyalılarının və onların quyruğunda sülənən paniranistlərin yadına salmaqda fayda var.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı xarici havadarlarının, o cümlədən İranın panfarsist dairələrinin dəstəyi ilə Azərbaycana hərbi təcavüz edərək onun ərazisinin 20%-ni işğal edib 30 ilə yaxın bir müddətdə öz işğalı altında saxlamışdı. Həmin 30 il ərzində İranda nəinki hər hansı panfarsist, həm də hər hansı bir siyasətçi, ziyalı, ruhani Ermənistanı təcavüzkar adlandırmadı.

Amma panfarsist alçaq sərhəddə faşist və revanşist ermənilərin geniş miqyaslı hərbi təxribatına qarşı Azərbaycanın hərbi əməliyyatını təcavüz adlandırır. Panfarsistlər, paniranistlərin xəbis xislətini bildiyimiz üçün deyə bilərik ki, İranda Azərbaycanı təcavüzkar kimi qələmə vermək bu yaramazın xüsusi fikri olaraq qalmayacaq və dini ekspansionizm siyasəti yeridən dairələr tərəfindən təkrar və sərf etdiyi zaman geniş təbliğ ediləcəkdir.

Azərbaycanı təcavüzkar kimi qələmə vermək ermənilərlə həmrəylik nümayiş etdirmək məqsədindən daha çox, İran əhalisində Azərbaycan Respublikasına və Cənubi Azərbaycanda milli kimlik və milli varlıq uğrunda mübarizə aparan milli qüvvələrə qarşı düşmənçilik əhval-ruhiyyəsi yaradıb qızışdırmağa yönəlibdir.

Məhz buna görə 30 il həqiqəti – Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yeritdiyini guya görməyən və dilə gətirməyən İranda Azərbaycanın haqlı, qanuni, suverenlik və ərazi bütövlüyünün təmin edilməsinə yönəlmiş addımlarının təcavüz hesab edilməsi heç də təəccüblü deyil. Hələ ki, panfarsistin bunu deməsi də istisna hal hesab edilə bilməz. Ardı gələcək…

Bizdən DİQQƏT, EHTİYAT VƏ HAZIR OLMAQ tələb olunur.

Şərhlər bağlıdır.