AZƏRBAYCAN ERMƏNİSTAN ARASINDA SÜLHƏ MANE OLAN İRAN REJİMİ

Abdulla Əmir Haşimi Cavanşir

1 Azər 1400-cü il, (23 noyabr 2021-ci il)

Əziz oxucular, biz bir neçə dəfə Azərbaycanla İran münasibətləri barədə sizinlə fikirlərimizi bölüşmüşük. Qeyd etmişik ki,  ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, hərbi və diplomatik əlaqələr o qədər də asan, rahatca inkişaf yolu keçməmişdir. Həmin yol bu günə qədər çox enişli-yoxuşlu olmuşdur. Baxmayaraq ki, İran İslam Respublikasının məclisi, vaxtilə Azərbaycan Respublikasının müstəqilliyini rəsmi surətdə ilkin tanıyanlardan biri olmuşdur. İran dövləti isə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr yaratmışdır. Vaxtaşırı dövlət başçılarının görüşü baş tutmuş və hətta bir sıra sazişlər və memerandum imzalanmışdır. Lakin onların məzmununun icrası, bir çox çətinliklər, əngəllər İran tərəfindən yaradılmışdı. İran dövlətinin müxtəlif  orqanlarının ziddiyətli münasibətləri hər zaman Azərbaycana qarşı özünü büruzə vermişdir. O cümldən, diplomatik münasibətlərin olmasına baxmayaraq, İran qazetləri, radio-televiziyaları, müxtəlif siyasi, dini, mədəni təşkilatları Azərbaycana qarşı materiallar, verilişlər, böhtan xarakterli uydurmalar yaymaqla məşğuldur. Bu anti Azərbaycan fəaliyyətlərdə Azərbaycan daxilində dırnaq arası şiəçilik təbliğatı, Azərbaycanda İslam hökumətinin yaradılması, Azərbaycanın daxili işlərində, Azərbaycanın xeyrinə olmayan təbliğat, qonşuluq münasibətinə xeyli zərər gətirən kirli və ürəkbulandırıcı, qeyri səmimi rəftarların şahidi olmuşuq.

İran mənsubları son 30 ildə çalışırlar ki, birbaşa və ya dolayı yolla Azərbaycanı məcbur etsinlər ki, kimlərlə dostluq qursun, hansı dövlətlərlə iqtisadi, siyasi münasibətləri müstəviyə gətirsin və yaxud da kimləri özünə düşmən seçsin. Halbuki bunlar Azərbaycanın daxili işidir, çünki o, müstəqil bir ölkədir. Haqqı var ki, öz seçimlərində azad və sərbəst olsun. Bu müstəqilik siyasətini də  indiyədək Azərbaycan qoruyub saxlamışdır. Qonşularına və heç bir ölkəyə zərər, ziyan gətirmədən, öz iqtisadiyatını və siyasətini gücləndirərək, dirçəliş üçün lazımi tədbirləri həyata keçirmişdir. Lakin İran İslam Respublikasının rejimi zor və israrla Azərbaycana diqtə etmək istəyir ki, ABŞ-la münasibət qurmasın, İsraillə düşmənçilik etsin, Avropaya yaxın düşməsin. Rusiya ilə əlaqələrini kəssin və Türkiyə ilə savaşsın!!! İran tərəfindən bu qərəzli siyasət 44 günlük ikinci Qarabağ müharibəsində onun iç üzünü, düşmənçilik siyasətini daha açıq-aşkar nümayiş etdirdi. İran rejimi 28 il Qarabağın işğalı dövründə Ermənistana hər cür yardımını əsirgəmədi. Ermənistanı iqtsadi mühasirədən qurtararaq, ora silah-sursat daşımaqdan tutmuş yanacağın təmin edilməsinədək, yüzlərlə işğal olunmuş ərazidə İran şirkətlərinin fəaliyyətini təşkil etməkdən çəkinmədi. Müharibədən sonra İran rejimi Azərbaycanın  zəfərini gözü götürməyərək, Azərbaycana və onu dəstəkləyən Türkiyənin cumhur başqanı sayın Ərdoğana, İran mediasında və hətta Xarici İşlər Nazirliyi mənsubları tərəfindən töhmət, iftira və nalayiq sözlər ünvanladı. Azərbaycanla Ermənistan arasında müharibənin bitməsinə və sülhün yaranmasına İran açıq-aşkar öz düşmənçiliyini ortaya qoydu. Hərçənd Azərbaycan mənsubları İranı regionda hərtərəfli əməkdaşlığa dəvət edirdi, buna baxmayaraq İran Azərbaycan sərhədlərində hərbi manevrlər keçirməyə, Azərbaycanı hədələməyə, Azərbaycan ünvanına töhmət, iftiralar atmağa davam etdi. Bu dövlətin yanlış iftiraları, o cümlədən terrorist qrupların Qarabağ müharibəsində iştirakı, İsrailin İran-Azərbaycan sərhədlərində bazası olması kimi uydurmalar yağdırmaqdadır.

Bunlarla bərabər Ermənsitanla hərbi sahədə əməkdaşlığı genişləndirərək, İrəvanın İran vasitəsilə hərbi sənaye kompleksini bərpa etməkdə səylərini birə min çoxaltmışdır. Bununla Cənubi Qafqazda, Suriyada, Yəməndə, Əfqanıstanda baş verən müharibələr kimi, gərgin vəziyyət yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. İran mənsubları bu işlərin vasitəsilə regionda situasiyanı müharibə, təcavüzkarlıq və düşmənçiliyin xeyrinə dəyişməyə çalışırlar. Lakin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tam soyuqqanlıqla İranın bu kimi dağıdıcı və qonşular arasında qeyri-səmimi siyasətinin yayılmasının qarşısını alaraq, İran mənsublarını öz yerində otuzdura bilmişdir. Beləliklə, İranın Ermənistanla bərabər Rusiyanın da regionu qarıştırmaq cəhdinə cəlb etmək niyyəti boşa çıxıb. Nəhayət İran bəzi iddilarından geri oturaraq, Azərbaycanın beynəlxalq qanunlara uyğun rəftarlarını, qəbul etməyə qayda-qanunlarına boyun qoymağa məcbur oldu.

Əziz oxucular, indi söz İranda zülm, azadlıqdan məhrumiyyətdə yaşayan xalqların növbəsidi. Onlar İran rejimindən tələb etməlidirlər ki, qonşulara qarşı bu təcavüzkar siyasətə son qoysun. İranda yaşayan xalqlar tələb etməlidirlər ki, təcavüzkar Ermənistana pulsuz neft, qaz, ərzaq, işıq vermək əvəzinə öz xalqlarının ehtiyaclarını təmin etsinlər. Ölkədə bahalığın qarşısını alsınlar. Regionda yeni müharibələr yaratmağa son qoysunlar. Baş verən müharibələr heç bir xalqa rifah, firəvanlıq, azadlıq və inkişaf gətirməyib. Əksinə, İranın bu təcavüzkar siyasəti, qonşulara baş ağrısı, ölkə daxilində xalqlara, zəhmət, zillət, aclıq susuzluq, zindan, qıtlıq, zülm, oğurluq və korrupsiyadan başqa heç bir xeyir gətirməyib.

Şərhlər bağlıdır.