GÜNAYDIN QARAGÜN ULUSUM!

“İran Türklərinin Kimlik Rönesansı” adlı kitab var. Farsca yazılmış kitabın yazıçısı Əli Əsgər Həqdardır.

Maraqlı bir iddiası var: 1971-ci ildə bağımsızlığını elan edən Bəhreyn, sən demə Qacarlar dönəmi, hələ onu da Nasirəddin şahın şahlığında irandan ayrılıbmış.

Son vaxtlar Pəhləvilərin üzünü ağartmağın dəb olduğunu açıqca görsəm də, bunca qəliz olacağını bilmirdim. Bir sözü də deyim, İrandan eşikdə yaşayıb, irandan eşikdə çap olan kitab ya məqaləsində “İranTürkləri” terimini işlədən heç kimə inanmıram. Güney Azərbaycanın milli haqlarını savunmağı düşünürsəniz, siz də bu tiplərə inanmayın, bu mənim şəxsi təcrübəmdir.

Bu Əli Əsgər Həqdarı tanıyan varsa, bizi də cavablandırsın.

Məsud Ələmdarlı Müzəffər

Şərhlər bağlıdır.