İRAN YENİ İNQİLABIN ASTANASINDADIR?

ÖLKƏDƏ VƏTƏNDAŞ “XAMNEYİYƏ ÖLÜM” ŞÜARI SƏSLƏNDİRİB

Azerbaycan-ruznamesi.org Azad İran Telegram kanalına istinadən xəbər verir ki, aksiya iştirakçısı molla rejiminin məmurları ilə söz duelinə çıxıb.

Mübahisənin sonunda vətəndaş “Xamneyiyə ölüm” şüarı səsləndirib.
Maraqlıdır ki, bu, İranda yeni inqilabın başlanğıcı ola bilər?
Məsələ ilə bağlı açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, geniş aksiyalar olsa da, böyük inqilab gözlənilən deyil.

“İranda “Xamneyiyə ölüm” şüarlarının səslənməsi yeni deyil. Əvvəllər də səslənib. 98-ci ildə, 2000-ci illərdəki prezident seçkilərində, istənilən sosial yönlü etiraz aksiyalarında “Xamneyiyə ölüm” şüarları ilə yanaşı, həm də rejimə qarşı şüarlar səslənir.

Ümumiyyətlə, kimsəyə ölümlə bağlı şüarlar İranda aksiyalarda əvvəllər də olub. Bu, yeni hadisə deyil. O ki qaldı İranda inqilaba, düşünürəm ki, hazırda orada inqilabın baş verməsi üçün şərait yoxdur. Çünki inqilabı şərtləndirən bir sıra amillər var ki, o amillər İranda hiss olunmur.

Ona görə də yaxın dövrdə İranda inqilabın yaxud böyük miqyaslı etiraz aksiyasının baş verəcəyi və rejimin bunun qarşısında aciz qalacağı ehtimalı azdır. Amma İranda etiraz aksiyalarının davamlı olacağı və genişlənəcəyi də istisna olunmur”.

Şərhlər bağlıdır.