RUSİYA VƏ HİNDİSTAN DOLLARDAN İMTİNA ETDİLƏR

QARŞILIQLI ÖDƏNİŞLƏRDƏ

Rusiya və Hindistan silah müqavilələri bağlayarkən qarşılıqlı ödənişlərdə dollardan imtina ediblər, bütün ödənişlər rubl və rupi ilə həyata keçirilir.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.

“Ənənəyə görə, biz rahatlıq üçün bütün müqavilələrdə dollarla qeyd edirik. Real işdə isə “Rosoboroneksport” Amerika valyutası ilə hesablaşmalardan çıxıb. Hindistana gəlincə, bütün qarşılıqlı hesablaşmalar rubl və rupi ilə həyata keçirilir”, – deyə Mixeyev bildirib.

Şərhlər bağlıdır.