URMU GÖLÜ OLUMLA-QALIM ARASINDA

REJİM İSƏ XƏZƏR VƏ KÖRFƏZDƏN SƏHRALARA SU ÇƏKİR

İranın 2022-ci il dövlət büdcəsi layihəsində  Xəzər dənizi və Ərəb körfəzindən suyun ölkənin mərkəzi yaylasına nəqli nəzərdə tutulub. Bu plan geniş müzakirələrə səbəb olmuşdu. İranın Ətraf Mühitin Qorunması Təşkilatının sədri parlamentdəki çıxışında bunu kəskin tənqid etmişdi.

Lakin rejim öz bildiyini həyata keçirir. Nəzərdə tutulub ki, içməli və sənaye müəssisələri üçün Xəzərdə lazımi qədər su vardır. Bu məqsədlə də Xəzər dənizindən su çəkilməsi nəzərdə tutulub.

Məlumdur ki, İran hökuməti farslar yaşayan bölgələrin su ilə təminatı üçün səyini əsirgəmir, bu məqsəd üçün lazımi qədər pul ayırır. Urmu isə Azərbaycanın incisi kimi getdikcə qurumaqda, ömrünün sonunu yaxınlaşdırmaqdadır. Bunun qarşısının alınması üçün büdcə ayrılmayıb və tədbir görülməsi üçün ehtimal yox dərəcədədir.

 Pərvin

Şərhlər bağlıdır.