TƏBRİZDƏ METRO İŞÇİLƏRİNİN AKSİYASI

TƏTİL GENİŞLƏNİR

İranda aksiyalara qoşulan tətilçilərin sıraları genişlənir. Onların cərgəsinə Təbriz metropoliteninin əməkdaşları da qoşulub. Tələb sadə və aydındır: maaş və müavinətlər artırılsın.

Etirazçılar heç kimə xəbərdarlıq etmədən küçələrə çıxıblar. Bir saatlıq işi dayandıran işçilər metro rəhbərliyindən problemlərinin həllini tələb ediblər.

Sonra onlar reaksiya verildiyini görmədiklərindən yenidən aksiyalara başlayacaqlarını xəbərdar ediblər.

Xəbəri Təbriz metrosunun  istismarçı şirkətinin müdiri Peyman Əlipur da təsdiqləyib. Problemlərin həlli ətrafında müzakirələr aparıldığını deyib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.