İRAN EDAMLARIN SAYINA GÖRƏ BİRİNCİLİYİ ƏLDƏN VERMİR

İran əhalisinin sayına görə edam edilənlərə nisbətdə dünyada birinciliyi əldən vermir. Bu yaxınlarda ikisi bəluc olmaqla 3 nəfər dar ağacına çəkilib.

İrandakı Bəluc Fəalları Kampaniyası cəzaya səbəb kimi  narkotik maddələrin qaçaqmalçılığı göstərilir. Məhkumlar Nəim Şəhbəxş və Əbdülxaliq Salarzehi dekabrın 19-u səhər saatlarında Şirazın mərkəzi zindanında dara çəkiliblər.

Daha bir nəfər, Fatimə Aslani İsfahanın Dəstgerd həbsxanasında dar ağacından asılıb. O, 9 il əvvəl həyat yoldaşını qətlə yetirmişdi. 

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.