CƏNUBİ AZƏRBAYCAN TÜRKLƏRİNƏ QARŞI MİLLİ, MƏDƏNİ SOYQIRIMIN 76 İLLİYİ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN

BƏYANATI!

Xanımlar və Cənablar!

21 Azər hərəkatının 76-cı ili tamam oldu. Bir il yaşayan xalq hərəkatı və onun üzərində yaranan Milli Hökumət, Milli Məclis və Milli təhsil sistemi, qadın haqları Pəhləvi rejiminin Güney Azərbaycanda qəddarcasına hücumu nəticəsində, 21 Azər hərəkatı və onun naliyyətləri qan dəryasında boğuldu. 25-30 mindən artıq Azərbaycan türkü, 76 il bundan əvvəl, həmin gün, məhz  Azərbaycan türkü olduqları səbəbindən qətlə yetirildilər. 100 mindən artıq insan sürgünə göndərildi. Onların çoxunu qadınlar, uşaqlar, yaşlı insanlar təşkil edirdi. Pəhləvi rejimi, faşist Hitlerdən miras apardığı Ariyaçılıq ideyalarına söykənərək, Azərbaycan türklərinin, Məşrutə İnqilabının qanunlarına əsaslanmış qurub-yaratdığı milli, mədəni, iqtisadi və siyası obyektləri qəddərcasına məhv etdi. Pəhləvi ordusu Azərbaycan şəhərlərində əhaliyə qarşı dar ağacları və səhra məhkəmələri qurdu. Günahsız əhalini qətlə yetirdi. Faşist və şovinist mərkəzli hakimiyyət bununla kifayətlənməyərək quldur və qara guruhçu dəstələri təşkil edib, Azərbaycan türk əhalisinin malına, canına, namusuna, evinə, eşiyinə, kəndinə, şəhərinə basqın etdi. Bununla bərabər qəddar, cinayətkar və şeytansifət  mollaların  əmri ilə sadə insanları  qətlə yetirdilər.  76 il  keçsə də Azərbaycan xalqına qarşı tutulmuş bu divan, bu günə qədər  yaddaşlardan silinməmişdir. Zülmə məruz qalan xalqımız və onun övladları, nəvələri hələ də beynəlxalq ictimaiyyətdən, məhkəmələrdən, tərəqqipərvər məmləkətlərdən, o cümlədən Amerika Birləşmiş Ştatları  tərəfindən cinayətləri törədənlərə və onların davamçılarına qarşı ədalət gözləyirlər. Pəhləvi rejimi insani genosidlə kifayətlənmədi. Azərbaycan mədəniyyətinə qarşı bəşəriyyətin üzləşmədiyi mədəni genosidlə qarşılaşdı. Türk dilində nəşr olunan bütün qəzetləri, kitabları Azərbaycanın 25 şəhərinin meydanlarında toplayaraq neft töküb yandırdılar. Azərbaycan şəhərlərinin  kitabxanalarından 700-800 il ömrü olan türk dilində qədim əlyazmaları, kitabları alovlar içərisində yandırdılar. Pəhləvi rejimi bu cinayəti təkcə Azərbaycan mədəniyyətinə qarşı yox, bəlkə də ümum bəşəriyyətə qarşı törətdi…

Bu gün Azərbaycan Demokrat Firqəsinin tərəfindən, dünyanın müxtəlif ölkələrində həmin cinayətə qarşı aksiyalar keçirilir, o cümlədən burada, Amerika Departamenti qarşısında aksiya keçirilir. Bu aksiyaların iştirakçıları, mədəniyyət sevər insanlardan, təşkilatlardan, dövlətlərdən və media mənsublarından rica edirlər ki, Pəhləvi rejimi və onun qalıqlarından sayılan bu dövlətin müasir varisləri sayılan İran İslam Respublikasını məhkum etsinlər.

Azərbaycan xalqı sədaqətlə öz müqqəddaratını təyin etmək prinsipinə söykənərək, demokratik seçki aparmış, Milli Məclisini işə salmış, Milli Hökumət yaratmış və onun tərkibində Azərbaycan xalqının ehtiyaclarını, zərurətlərini təmin etmişdir. Bu naliyyətləri qorumaq üçün fədai dəstələri, Milli Ordu yaratmışdır. Azərbaycan türk dilini dövlət dili elan etmişdir. Şəhərlərin siması dəyişmiş, kəndlərdə su, torpaq islahatı aparılmış, abad yollar çəkmiş, xiyabanlara və küçələrə asfalt döşəmişdir. Kəndli ilə malik arasında ədalətli münasibətlər qurmuş və xalisə torpaqlarını pulsuz olaraq kənd əhalisi arasında bölmüşdür. Əhalinin səhiyyəsi üçün tibb məntəqələri xidməti yaradılmışdır. Sahibsiz uşaqlar dövlət himayəsinə götürülmüşdür. Ədəbiyyata, incəsənətə, milli mədəniyyətə xüsusi qayğı göstərilmişdir. Dövlət Filarmoniyası, dövlət teatrı işə başlamışdır. Yüzlərlə qəzetlər buraxılmış, radio verişləri işə başlamışdır. Qadınlarla kişilərə bərabər seçki huququ verilmişdir. Fəhlələrə 8 saat iş günündən əlavə bir istirahət günü və ildə bir ay məzuniyyət haqqı təmin olunmuşdur. Bir sözlə, bir ildə Azərbaycan Milli Hökumətinin gördüyü işləri son 100 ildə Pəhləvi rejimi ilə İslam Cümhuriyyəti görə bilməmişdir. Lakin panfarsizmə söykənən İran diktator rejimləri, Azərbaycan xalqının dirçəlişinə, inkişafına, bir sözlə varlığına qarşı qəddarcasına maneə yaratmış və insani, mədəni genosidləri həyata keçirtməklə xalqımızı məhv etməyə, əritməyə çalışmış, yeraltı-yerüstü sərvətlərinə sahib çıxmışdır. 76 ildir  Azərbaycan Demokrat Firqəsi dünya ictimaiyyətindən, haqq, ədalət tərəfində durmasını xahiş edir. Bunun üçün aksiyalar keçirən soydaşlarımızın haqlı səslərinə dünya dövlətlərinin müsbət cavab verməsini, törədilən genosidlərin qınanmasını xahiş edir!

Öncədən müsbət münasibət bildirdiyiniz  üçün təşəkkür edirik!

Rəhim Hüseynzadə,

Azərbaycan Demokrat Firqəsinin Sədri 

Bakı, Azərbaycan Respublikası

 

Abdulla Amir Hashimi Cavanshir,

Azərbaycan Demokrat Firqəsinin  beynalxalq əlaqələr məsulu,

İsveç, Stockholm,

Tel: 0046737043963

 

Rəhim Şəhbazi,

Azərbaycan Demokrat Firqəsinin üzvi,

Amerika Birləşmiş Ştatları, Washington, D.C.

Tel: 240.620

  

Şərhlər bağlıdır.