TƏBRİZLİ QADININ DÜNYA REKORDU

Qeyri-adi gücü ilə fərqlənən Təbrizli qadın dünya rekordlarını sıralamaqdadır.

17 tonluq tiri çəkən Giti Musəvi ölkə və dünya rekordlarını təzələyib.

“Təbriz Güclülər Klubu”nun rəhbəri Səid Əsgərnejad idmançının uğurunu media üçün belə şərh edir: “Giti Musəvi düz səthdə həyata keçirilən bu tonajda ağırlıqçəkmənin dünya qadınları arasında ilkə imza atıb. O, dünya rekordçusudur”.

İdmançı 12 və 13 tonluq tonluq yükləri düz səthə çəkib, son rekordunu vurmaq üçün isə aylarla məşq edib. Qadın idmançı təltif etmə mərasimində son rekordunuda yeniləməyi planlaşdırdığını deyib.

Giti Musəvi uğurundan sevindiyini dilə gətirib və məqsədinin heç də güc nümayiş etdirmək olmadığını qeyd edib:

Onun zənnincə məqsəd heç də qadın gücünü ortaya qoymaq deyil, bir insanın istək və iradəsi olduğu təqdirdə ən çətin işlərin öhdəsindən gələ biləcəyini göstərməkdir.

Azeraycan-ruznamesi.org

Şərhlər bağlıdır.