Məlumat üçün bildiririk ki, yolu bağlanılan kəndlərin sayı 120-yə yaxındır. Əyalətin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin sədr müavini Qulamrza Rəsulzadə açıqlamasında həmin kəndlərin ətrafdan tədric olduğunu bildirib.
Sədr müavini qar və çovğun nəticəsində Əhər və Kəleybər bölgələrində yolların daha təhlükəli vəziyyətdə olduğunu xəbərdar edib.
Hazırda Sərəskənd (Həştrud), Çaroymaq yollarının bağlandığını və ətraf kəndlərin mahal mərkəzi ilə əlaqələrinin kəsildiyini xüsusi nəzərə çatdırıb:
– “Gecə saatlarında güclü qasırğa yolların açılması üçün imkan vermədi. Gün ərzində qeyd olunan bölgələrdə kənd yollarının açılmasına yenidən cəhd olunacaq”.
Media təmsilçiləri həmin yollarda aparılan işdən narazıdır. Cəlb olunan texnikanın köhnə, yararsız və yetərsiz olduğunu qeyd edirlər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.