İRAN TARIXINDƏ YALNIZ PİŞƏVƏRİ…

Milli şairimiz Hadi Qaraçay yazır:

İran tarixində yalnız bir nəfər Türk dilini dövlət dili statusuna qaldırıb, o da Mir Cəfər Pişəvəridir. İndi biriləri durub xalqın ona qarşı sevgisinə hürürlər, məhəbbət görməsinə yanıb yaxılırlar. Pişəvəri tatmış, sözə bax, Pişəvəri tatmış. Tat olsa nə olacaq? Tat Azərbaycanlı deyilmi? Türk dilini rəsmi dövlət dili edən etnik kökəncə tutalım tat olan Pişəvəri min sənin kimi dılğır Türkdən üstündür. 136 il hakimiyyətdə olan savunduğun qozu yoluq Qacarlar Türk dilini rəsmi edə bilmədilər, bunu yalnız Pişəvəri başardı. Onun etnik mənsubiyyətinin nə önəmi var? Pişəvəri kommonistmiş. Kommonist pişəvərinin ölüsü sənin kimi alçaq millətçidən üstündür. Milli hakimiyyətimizi kommonist Pişəvəri qurubsa sənin kimi cılız millətçilərin utancıdır. Pişəvəri bolşeviklərin, rus imperyasının adamıymış. Pişəvəri kimin, haranın adamı olmuş olsa belə, bizə qazandırdığı bir illik milli hakimiyyət üçün, dilimizi dövlət dili statusuna qaldırdığı üçün bütün bu sevgiyə, bu sayqıya layiqdir. Sizin kimi nankor, alçaqca saldıran, hər rəzalətə əl atmaqla onu gözdən salmağa çalışanlar isə öz hikkənizdə öləcəksiniz. İran parçalanacaqdır və Güney Azərbaycan öz istiqlalını qazanacaqdır. Bütün bu dediklərim Pişəvərini alçaltmağa qaldırılmış kukla alim filoloq xanım üçündür. Oturduğunuz yeri tanıyın. Alim adı ilə çıxış edib Pişəvərini “adam tata ailədə doğulub, adam komonistdir, adam rus adamıdır” deyib alçaltmağa qalxarsansa səni ondan yüz qat artıq alçaltmaq olar.

Məsud Ələmdari Müzəffər

Şərhlər bağlıdır.