TƏBRİZDƏ YAŞAYIŞ BİNASI ÇÖKDÜ: 5 ÖLÜ, 15 YARALI

“Ötən gün Təbrizin Beheşti prospektindəki faciəvi hadisə nəticəsində 5 vətəndaşımız həlak olub, 15 nəfər isə yaralanıb”.

Azerbaycan-ruznamesi.org senzor.az-a istinadən bildirir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar İdarəsinin başçısı Fərzad Rəhmani bildirib.
Xatırladaq ki, Təbriz əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir.

İranın Təbriz şəhərinin mərkəzində beşmərtəbəli binada partlayış baş verib.

Azerbaycan-ruznamesi.org senzor.az-a istinadən daha bir məlumat yayıb ki, bir gün əvvəl yerli KİV-ə istinadən bildirir ki, partlayış nəticəsində bina çöküb, onlarla şəxsin dağıntılar altında qaldığı deyilir.

Təbriz Yanğından Mühafizə İdarəsi Əməliyyat İdarəsinin rəis müavini Əkbər Dəşti bildirib ki, binanın uçmasına qaz partlayışı səbəb olub, lakin binanın çökmə səbəbi rəsmən araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.
Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin direktoru Məhəmməd Baqir Hünərbər deyib.

Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin direktoru Məhəmməd Baqir Hünərbər deyib ki. 12 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

VİDEO: https://baku.tv/embed/48180

Şərhlər bağlıdır.