DİASPOR KOMİTƏSİ DÜNYA AZƏRBAYCANLILARINI BİR ARAYA GƏTİRDİ

Dekabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarını bir araya gətirib. İdarə heyəti 60 ölkəni təmsil edən 400-dən artıq təşkilatın nümayəndələrini 3 saat ərzində zoom vasitəsilə fikir və düşüncələrini bölüşdürmək imkanını yaradıb. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və yeni ilə həsr olunmuş  tədbir ilə 2021-ci ilə yekun vurulmuş və yeni ilin perspektivlərindən söhbət açılmışdır.

Tədbiri Diaspor ilə iş üzrə Komitənin sədri  Fuad Muradov aparmışdır. O, son bir ilin hadisələrini xüsusi qiymətləndirərək, Ali Baş Komandanın uzaqgörənliyi, Milli Ordumuzun bacarığı, xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti üçün təmənnasız şərait yaradılması, Türkiyə və Güneyli soydaşlarımızın himayələri, əldə edilən böyük qələbələr haqqında söhbət açmışdır. Natiq bunu son 200 ildə  əldə olunan böyük qələbələrimizin tarixi birliyi və həmrəyliyinin nəticəsi kimi  qimətləndirib. Tədbirdə İsveçdə yaşayan və fəaliyyət göstərən Güney Azərbaycan Konqresi sədrlə təmsil olunub.

Abdulla Əmir Haşimi Cavanşir,

Güney Azərbaycan Konqresinin sədri

Şərhlər bağlıdır.