İŞSİZLİKDƏN ƏHALİ TEHRANA VƏ DİGƏR VİLAYƏTLƏRƏ KÖÇÜR

BUNU ŞƏRQİ AZƏRBAYCAN RƏSMİSİ ETİRAF EDİR

Cavad Rəhməti

Şərqi Azərbaycanın əhalisi işsizliyə görə əhalinin 90 faizinin vilayətdən köç etdiyini etiraf edir. Valiliyin inşaat işləri üzrə müavini Cavad Rəhmətinin  Nasrnews xəbər agentliyinə verdiyi müsahibəsində bu barədə faktlarla söhbət açıb. O, inkişaf gösrəricilərinin aşağı düşməsindən geniş məlumat verib.

Cavad Rəhməti vilayətdə işsizlik nisbətinin az olduğunu desə də digər bölgələrə çox sayda miqrasiyanın olmasını göstərib.

C.Rəhməti vilayətdən köçən vətəndaşların sayının yüksək olmasını vilayətin inkişaf göstəricilərinin aşağı düşməsinin əsas səbəbi olaraq dəyərləndirib.

O deyib:- “İşsizlik səviyyəsinin aşağı olmasından danışanda bu, çox yaxşı göstəricilərimizin olması demək deyil. Bu o deməkdir ki, vilayətin işçi qüvvəsi uyğun iş şəraiti olmadığı üçün Tehrana və digər vilayətlərə köçüb”.

Valiliyin rəsmisi əhalinin 90 faizinin başqa şəhərlər və vilayətlərə köçməsinin səbəbini işsizliklə əlaqələndirərkən deyib:

– Azərbaycanlılar əxlaq baxımından belədirlər və işsizliyə dözmürlər. İsfahan vilayətinin statistikasına diqqət yetirdikdə, bu vilayətin quraqlıq bölgədə yerləşməsinə və infrastrukturunun və resurslarının əhalinin qəbulu üçün məhdud olmasına baxmayaraq, bu vilayətin inkişaf etdiyini və həmçinin əhalinin artdığını görürük və bunun da bir səbəbi İsfahana olan miqrasiyadır”.

İnvestorların digər vilayətlərə sərmayə qoymasını o, burada vəziyyətin cəlbedici olmadığına işarə edib.

Nazim

Şərhlər bağlıdır.