İranın bir neçə gün əvvəl kosmosa raket buraxma çəhdi nəticə verməyib. Peykdaşıyıcı raket orbitə çata bilməyib.
İran Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni bunun səbəbini belə açıqlayıb: “Simurq” adlı peykdaşıyıcı raketi üç tədqiqat yükünü Yerin orbitinə yerləşdirmək üçün lazımi sürətə çata bilməyib”.
O deyib ki “raket müvafiq missiyanı yerinə yetirmək üşün sürəti saniyədə 7600 metrə çatmalıydı, amma yalnız saniyədə 7350 metrə çata bildi. Bununla da əməliyyat uğursuz alındı”.
Şərhlər bağlıdır.