Qəhrəman Gəncə camaatı Cavad Xanın öndərliyində rus qoşunlarına qarşı döyüşürdülər.
Ruslar güclü idilər, amma gəncəlilərin əzimkarlığı, inamı daha güclü idi.
Qalanı vermədilər, yalnız Cavad Xanın, oğlunun, döyüşən əsgərlərin və əhalinin nəşi üzərindən qala alındı.
Digər xanlıqlarımız da işğal olundu. Amma kimiləri xəyanətdən sonra, kimiləri könüllü işğal olundu…
İllər keçdi, Gəncə camaatının qəhrəmanlığı dastana döndü, Azərbaycanda mərdliyin, cəsarətin simvoluna çevrildi.
Rəşid bəy İsmayılov yazırdı: “Gəncəlilər həqiqətdə şir kimi müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş və ox yağdırırdılar. Əsgərləri görmək qəsdilə gəncəlilər yapıncıları neftlə isladıb onlara qarşı atırdılar.”
Azərbaycanın ilk şəhid xanı Cavad Xanı və silahdaşlarını böyük ehtiramla anıram.
Şəhla Cabbarlı
Şərhlər bağlıdır.