TƏBRİZ KÜÇƏLƏRİ-MƏMURLARLA SATICILAR ARASINDA DÖYÜŞ MEYDANI

Təbrizin “Yedədükan” məhəlləsi səyyar satıcılarla bələdiyyə məmurlarının döyüş meydanına çevrilib. Bu zaman səyyar satıcı maşınının qarşısına atan bələdiyyə məmuru ciddi xəsarət alıb. Məmur xəstəxanaya yerləşdirilib. Və səbəbkarın şəxsiyyəti müəyyənləşdirilərək saxlanılması üçün tədbirlərin görüldüyü bildirilir.

Dekabrın 28-də də oxşar hadisə baş verib, satıcılarla bələdiyyə və polis məmurları arasında şiddətli toqquşmalar olub. Ailələrini səyyat satışla  dolandıran satıcılar burada da müqavimətsiz keçinməli olmayıb.

Təbrizin bir neçə küçəsində toqquşmalarla üzləşən satıcılar Təbriz bələdiyyəsinin mühafizə bölməsinin önünə toplaçaraq etirazlarını bildiriblər. Etirazçılar “Səyyar satıcılıq cinayət deyil” şüarlarını səsləndirib və plakatlar asıblar. Onlar bildiriblər ki, şəhər bələdiyyəsi fəaliyyətləri üçün şərait yaradmalıdırlar. Amma tədbir görmək əvəzinə yer ayırmaq barədə fikirləşmirlər.

Ümumiyyətlə belə hallar bir neçə ildir ki, mütəmadi baş verir.

Videoda satıcının ayağının sındırılmasından söhbət gedir.

Azerbaycan-ruznamesi.org

VİDEO https://fb.watch/aj_Bg1wYjS/

Şərhlər bağlıdır.