İRANDA FƏHLƏLƏR ETİRAZA QALXDILAR

Azerbaycan-ruznamesi.org “Azad İran” Telegram kanalına istinadən yaydığı məlumatda yanvarın 15-də, şənbə günü Kut Abdullah bölgəsində narazı fəhlələr öz haqlarını tələb etmək üçün etiraz mitinqi  keçiriblər. Amma səlahiyyətli orqanlar onlarının tələblərini yerinə yetirmək əvəzinə, etirazçıları həbs etmək üçün polisə xəbər veriblər: “Fəhlələr bildiriblər ki, hökumət rəsmilərinin təbliğat şüarlarının əksinə olaraq, fəhlələrin süfrələri günü-gündən kiçilir və onların bir çoxu yoxsulluq həddinin altında yaşayır, ağır vəziyyətdən çıxmaq üçün bir neçə növbə işləmək, o cümlədən zibil toplamaq məcburiyyətində qalırlar”.

Etiraz mitinqinə qoşulan narazı fəhlələr deyir: Hökumət rəsmilərinin təbliğat şüarlarının əksinə olaraq, fəhlələrin süfrələri günü-gündən kiçilir və fəhlələrin bir çoxu yoxsulluq həddinin altında yaşayır və ağır vəziyyətdən çıxmaq üçün bir neçə növbə işləmək, o cümlədən zibil toplamaq məcburiyyətində qalırlar.

Narazı fəhlələr öz haqlarını tələb etmək üçün etiraz etdikdə, səlahiyyətli orqanlar onlarının tələblərini yerinə yetirmək əvəzinə, etirazçıları həbs etmək üçün polisə xəbər verir.

Şərhlər bağlıdır.