Əziz oxucular, bildiyiniz kimi 2 yanvar 2022-ci ildə gözlənilmədən 30 ildən artıq sakitlik adası ilə məşhur olan Qazaxstanda naməlum qruplar vasitəsilə ixtişaşlar baş verdi. Öncə bir-iki kiçik qrup mavi qazın bahalaşmasının bəhanəsilə küçələrə çıxmış, az keçmədən dövlət orqanlarına hucum, hava limanlarına yürüş və meydanlarda Qazaxstanın görkəmli şəxsiyyətlərinin büstlərinə qarşı təhqir, təxrib başlamışdır. Bu ixtişaşlardan iki gün keçdikdə Qasım Comərd Tukayev Qazaxstan prezidenti, dövlət kabinetini işdən kənar etmiş, Dövlət Təhlükəsizlik Şurası və onun başqanı Nursultan Nazarbayevi kənarlaşdırmış, Müstəqil Ölkələr Birliyi başda Rusiya olaraq, qoşunlarlarını Qazaxstanda ixtişaşları yatırmaq bəhanəsilə ölkəyə dəvət etmişdir.
Hadisələrin haradan, necə və kimlərin əli olduğu, səbəblər barədə müxtəlif yozumlar, komentlər, fikirlər, müxtəlif ağızlardan eşidilirdi. Ancaq bu ki, ortada olmadı, o da həqiqətin özüdür.
İki həftəyə yaxın hadisələrdən keçdiyinə baxmayaraq, Nursultan Nazarbayevin harda olduğu bilinmir? Həbsdəmi, öldürülübmü, yoxsa başqa ölkələrdə sürgündəmi? Kimsə bu haqda bir söz danışmır. Elə əsas məsələ də bundan ibarətdir. Necə olar ki, 30 il bir ölkəni SSRİ-nin fırtınalı, böhranlı və qada-bəlalı günlərindən müharibəsiz, torpaq itkisiz rusların cəngindən qurtarıb, hərtərəfli inkişafına sərmayələr, istər Qərb ölkələrindən, istər Çindən, istər milli sərmayələr, istər türk dövlərindən ölkəyə cəlb edib möhtəşəm inkişaf proqramlarını yola salan Nirsultan Nazarbayevin həyatı və onun ailəsi bu qədər sayqısız, haqq-hesabsız suqutla və ya bəzən töhmətlə hər yerdə cari olsun. Nursultan Nazarbəyov bir görkəmli dövlət xadimi kimi SSRİ dövründən silinən türk adlarını Qazaxstanda bərpa etmiş, türk dilini dövlət dili elan etmiş, kril əlifbasını ləğv etmiş, latın qrafikasına keçmiş, rusların gündən-günə etnik nüfuzunun çoxalmasının qarşısını alaraq, 40 faizdən 20 faizə endirmişdir.
Türk Dövlətlər Təşkilatının birinci qurucularından olmuş və ölkədə təhlükəsizlik, sülh, sabitliyin qorunub saxlanmasında böyük zəhmətləri olmuşdur. Təbii ki, Qazaxstanda da başqa ölkələr kimi sərmayədarlıq rejimində fəaliyyət göstərən bir cəmiyyət fəaliyyət göstərir. Qazaxstanda da bərabərlik, rifah, işsizlik istənilən kimi əldə edilməmişdir. Lakin bu o demək deyil ki, hər bir qrup və ya xarici dövlət ölkənin sərhədlərinə, dövlətçiliyinə, konstutisiyasına və onun xalqının keçmişi və tarixinə qırmızı qələm çəkmiş, istənilən vaxt bir nəfərin dəvəti ilə ölkə təmamilə işğal olmuş, onun yüzlərlə vətəndaşı öldürülmüş, on mindən artıq adam həbs edilsin. Bu zorakılıq heç bir məntiqə, beynəlxalq hüquqa sığmır. Bunu törədənlər və həyata keçirirənlər bu gün istər Rusiya prezidenti Putin, istərsə Qazaxstan prezidenti Qasım Comərd Tokayev, həmçinin onların həmkarlarından olan Paşiniyan olsun. İşləri tam qeyri-qanuni və günü-gündən xalqlar tərəfindən, kütləvi informasiya vasitələri tərəfindən, beynəlxalq ictimaiyyət tərəfindən qınaq və sual altındadır. Çox təəssüflər olsun ki, Rusiya dövləti SSRİ-nin dağılmasının səbəblərini, hansı ki, başqa ölkələrin daxili işlərinə müdaxiləsində axtarırdı, dərs almadı. Bu gün də Rusiya dövləti çalışır keçmişdəki sümürücülük, istismarçılıq, işğalçılıq funksiyasını davam etsin. Gürcüstandan tutmuş Moldovayadək, Ukraynadan tutmuş Qazaxstanadək Rusiya dövləti özünü məntəqədə jandarma kimi aparır.
Başqa xaqların vətənlərini özünə bağça və həyətxəlvəti hesab edərək, istənilən vaxt ordu yeridir. Hətta yenidən ordunu çıxartmasına şərtlər irəli sürür. Məsələn, Qazaxstandan çıxmaq üçün guya Qazaxstan bölünməlidi, federativ idarə olunmalıdı. Rus dili ikinci rəsmi dil olmalıdı. Əlifba kirilə keçməlidi. Ancaq Rusiya razılığı olan ölkələrlə diplomatik, iqtisadi münasibətlər qurmalıdı. Təəssüf ki, Rusiya dövləti başa düşmür ki, imperatorluq dövranı çoxdan tarixin zibilliyinə atılmış bir dövr idi. Zorakılıq dövrü keçmişdə qalmışdı. Hər dövlət çalışmalıdır ki, öz ölkəsinin ağası olsun və orada millətinə qulluq etsin. 30 il SSRİ-nin dağılmasına baxmayaraq Rusiya xalqı dövləti tərəfindən heç bir qayğı, inkişaf, rifah, sülh üzü görməyib. Rus əsgərləri Suriyada, Liviyada, İraqda, Yəməndə, Əfqanıstanda, Ukraynada, Moldovada, Qarbağda, Gürcüstanda və bu gün Qazaxstanda heç bir günahları olmadan ölürlər. Ancaq bu ölümlər Rusiya dövlətinin məsuliyyətsizliyinin nəticəsidir. Dünya ictimaiyyəti geci-tez Qazaxstanda nə baş verdiyini dərindən başa düşəcək. Nursultan Nazarbayov və onun xalqının başına nələr gəlibsə tezliklə aydınlaşacaq. Daha 30 il bundan əvvəl 20 Yanvarda Bakıda səssiz-səmirsiz televiziya blokunu partlatmaq və xəbərlərin bayıra çıxmasının qarşısını alma vaxtı keçmişdə qalmışdı. İnternetin inkişafı dövründə dünyanın ucqar kəndində də nə baş verdiyi hamının ekranında canlanır. Rusiyanın da Qazaxstanda etdiyi cinayətlər tezliklə dünya ictimaiyyətinin hiddətini qazanacaq.
14.01.2022
Abdulla Əmir Haşımi Cavanşir
Şərhlər bağlıdır.