KREMLDƏ GECƏ NAMAZI HANSI MƏQSƏDƏ XİDMƏT EDİR

PREZİDENT RƏİSİNİN İBADƏTİ BARƏDƏ FİKİRLƏR...

İran prezidenti İbrahim Rəisinin Kremldə gecə namazı qılmasıgeniş rəy doğurub. Rəylərdə bu ayinin icrası yox, ilk dəfə Kremlin seçilməsi və onun arxasında duran məqsədlər ifadəsini tapıb. Aşağıda ictimai fəllardan aldığımız iki məktubu dərc edirik.

Güc tətbiq edilən yerdə…

Hərbi xidmətdə olduğum qarnizonun ərazisi yerli kəndçilərə aid idi. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu ərazini güc tətbiq edərək zəbt etmişdi. Məhz bu səbəbə görə də, dini inanclarını hələ itirməmiş bəzi SEPAH üzvləri “qəsb olunmuş yerdə qılınan namaz batildir” qaydasına əsasən həmin qarnizonda namaz qılmırdılar.

İ.Rəisinin Kremldə namaz qılması həmin mübahisələri yenidən xatırlatdı mənə.

Ümid Niayesh

 

“TÜLKÜ HƏCCƏ GEDİR”

Xamneyinin dilqanmaz qatil növçəsi Şüubi (şiə) şeytanı qibləgahı olan Kremlin “həc” ziyarətində….

Rusiya prezidenti Vladimir Putin özünün  rəsmi fecebook səhifəsində İran prezidenti İbrahim Rəisinin namaz qıldığı an çəkilmiş şəklinin altından “İran prezidenti axşam namazını Kremlidə qıldı” status yazaraq paylaşım edib.

Rusiya prezidenti çox yaxşı bilir ki, İranda “islam dini, “şiəçilik” adı altında “molla” rejimi millətlərin qanını içir.

Beynəlxalq təşkilatlar BMT-dən 1988-ci il qırğınında, İ.Rəisinin rolunun araşdırmasını tələb edir:  “Rəisi İran rejiminin yüksək vəzifəli siması kimi soyqırıma və insan haqlarına qarşı çoxsaylı cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir. Beynəlxalq ictimaiyyət tədbirlər görməlidir ki, 1988-ci il qırğınında Rəisinin rolunu araşdırsın”.

Prezident İbrahim Rəisi 1988-ci ildə 30 min siyasi məhbusun öldürülməsində günahkar olduğu bildirilir.

Səftər Rəhimli

Şərhlər bağlıdır.