“TALİBAN” ÖZGƏ QAPILARINDA HUMANİTAR YARDIM AXTARIR

NORVEÇDƏN ƏLİDOLU QAYIDACAQMI?

Norveçin paytaxtı Osloda “Taliban” nümayəndələri ilə Əfqanıstan xalqına humanitar yardımın göstərilməsi ilə bağlı danışıqlar başlayıb.

“Associated Press”in yaydığı məlumata görə “Taliban” nümayəndə heyətinə xarici işlər naziri Əmir Xan Müttəki rəhbərlik edir.

Görüşlər Oslodakı oteldə bağlı qapılar arxasında aparılır. Danışıqlar üçün üç gün vaxt ayrılıb.

Bundan əvvəl Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, danışıqlar üçün bu təklif “Taliban”ı qanuniləşdirmək və ya tanımaq kimi qəbul edilməməlidir.

“Biz ölkənin faktiki hakimiyyət orqanları ilə danışmalıyıq. Siyasi vəziyyətin daha böyük humanitar fəlakətə səbəb olmasına imkan verə bilmərik”, – Norveçin xarici işlər naziri Anniken Huitfeldt bildirib.

Daha əvvəl “talib”lər Qətər, İran, Pakistan, Çin, Rusiya və Türkmənistanda danışıqlarda iştirak ediblər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.