İŞİD-in İraqda “dirilməsi” onu göstərir ki, bu təşkilatı öldüyə çıxmaq hələ tezdir. İşid bu dəfə İraqda xortlayıb. Kazarmaya hücum edərək qətliam törədib.
İlkin məlumata görə, hücumda 11 əsgər həlak olub. Hadisə yerinə çoxlu sayda əsgərin göndərildiyi və terrorçuların tutulması üçün əməliyyata başlanıldığı qeyd olunur.
Suriya İnsan Haqları Müşahidə Qrupu isə Suriyadakı mənbələrə əsaslanaraq, İŞİD-in ölkənin şimal-şərqində terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Gvayran Həbsxanasına bomba yüklü avtomobillə hücum təşkil etdiyini bildirib. Hücum nəticəsində çox sayda İŞİD terrorçusunun həbsxanadan qaçdığını xəbər verilir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.