İRANDA İNSAN HAQLARININ POZULMASI REKORDU

“İran azad” saytına istinadən.

İranın müasir tarixində insan hüquqlarının pozulması halları həddindən artıq çoxdur. Qacar ​​və Pəhləvi sülalələrinin hakimiyyəti illərində də İran xalqları əsas hüquq və azadlıqlarından məhrum edilmişdilər.

Şah zamanında bədnam SAVAK təhlükəsizlik qüvvələri insanların bütün hüquq və azadlıqlarını asanlıqla pozurdular. 1978-ci il antimonarxiya inqilabı isə insan hüquqlarına və insan ləyaqətinə əməldə hörmətlə yanaşılacağı yeni dövrün yarandığına ümid yaratdı.

Amma bir müddət sonra bəlli oldu ki, Xomeyni nəinki bu haqlara dəyər vermədi, hətta əvvəlkindən qat-qat pis din və İslam bayrağı altında insanların azadlıq və hüquqlarını tapdaladı. Yenə də haqq, azadlıq, ədalət ayətullahların “hüquq qəfəslərində” saxlanılır.

1978-1979-cu illər inqilabının baş verməsi ilə qısa bir müddət ərzində dayandırılmış ifadə azadlığının boğulması, həbslər və müxaliflərin işgəncələrə məruz qalması kimi şahın repressiv siyasəti Xomeyni və Xamenei tərəfindən müxtəlif formalarda yenidən quruldu. Onların dini diktaturasının tələblərinə uyğun həyata keçirilən siyasət nəticəsində baş verən vəhşiliklər və ədalətsizliklər 120 min nəfərdən çox azadlıqsevərin həyatını əlindən aldı. Təxminən 43 il əvvəl öz işinə başlayan ölüm maşını hələ də dayanmadan işləməkdədir.

Son illərdə baş verən xalq xalq etirazlarını və artmaqda olan daxili narazılığı yatırmaq üçün Xamneyi ən qəddar üsullardan istifadə etməyə davam edir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) repressiv qüvvələri 2019-cu ilin noyabrında dinc nümayişləri yatırarkən 1500 nəfər insanı qətlə yetirmiş, 12 min nəfəri isə həbs etmiş, həbsxanalarda onlara olmazın işgəncələrini vermişdi.

Siyasi müxaliflərin və etirazçıların edamları o qədər vəhşicəsinə artmışdır ki,  artıq adi bir işə çevrilmişdir. Cəmiyyətin bütün təbəqələrindən olan etrazçıları və müxalifləri milli təhlükəsizliyin qorunmasını bəhanə edərək qondarma ittihamlarla uzunmüddətli həbs cəzalarına məhkum edirlər. Bütün sahələrdə ifadə azadlığına senzura tətbiq edilir və kiberməkana təhlükəsizlik qüvvələri tərəfindən ciddi nəzarət olunur.

Xameneinin təhlükəsizlik qüvvələrinin vəhşiliyi İranı dünyada insan haqlarını pozan bir nömrəli ölkəyə çevirib.  1988-ci ildə 30 min nəfər siyasi məhbusun öldürülməsinə görə məsuliyyət daşıyan hökumət rəsmiləri, o cümlədən ölkə prezidenti İbrahim Rəisi utanmadan yenə də öz qeyri-insani siyasətlərini müdafiə və davam etdirirlər.

Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.