MƏŞHƏDDƏ İMAM RZA BAZARININ SƏSGÜCLƏNDIRICILƏRINDƏN “XAMENEIYƏ ÖLÜM”, “XOMEYNIYƏ LƏNƏT” ŞÜARLARI

10 fevral 2022-ci il tarixində, cümə axşamı günü Məşhəddə İmam Rza Bazarının fəaliyyəti zamanı bu bazarın səsgücləndirici dinamikləri sındırılmışdır. Səhnədə olan insanlar Məşhəddə İmam Rza Bazarının səsgücləndiricilərinin sındırılması və “Xameneiyə ölüm, Xomeyniyə lənət” şüarının səsləndirilməsi barədə bir-birlərinə sevinclə məlumat vermişlər.

Həmin gün günorta saat 12-də Məşhəddəki İmam Rza Bazarının səs-küyü zamanı səsgücləndirici dinamiklər sındırılıb. Səsgücləndiricilərdən “Qalx və düşmən sarayının binasını yıx” himninin səsləndirilməsi ilə eyni vaxtda “Xameneiyə ölüm, Xomeyniyə lənət” şüarı səsləndirilib.

Bazardakılar və orada olan insanlar “Xameneiyə ölüm” şüarını eşidəndə həyəcanlanmışlar və “Xameneiyə ölüm” şüarını gülüş və sevinclə bir-birinə bildirmişlər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə də Məşhəd bazarının səsgücləndirici dinamiklərinin sındırıldığı və “Xameneiyə ölüm” şüarının yayıldığı görünür.

Təqdim etdi: Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.