FETÖ-NÜN YARADICILARINDAN BİRİ HƏBSXANADA ÖLDÜ

SON MƏNZİLİ XƏSTƏXANA ÇARPAYISI OLDU

FETÖ-nün “kadim abi” (“qədim qardaş”), “maarifçi” ləqəbli yaradıcılarından olan Yusif Bekmezçi müalicə olunduğu xəstəxanada 82 yaşında ölüb.

Azerbaycan-ruznamesi.org-a verilən məlumata görə o, Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olub.

Məlumata görə, həbsxanada saxlanılan Yusuf Bekmezci yanvarın 5-də göz əməliyyatı üçün İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyat zamanı onun ürəyi dayanıb. Həyata qaytarılan Bekmezci reanimasiya şöbəsində müalicə olunurdu. O, bu gün saat 00:50 radələrində dünyasını dəyişib.

Xatırladaq ki, 23 yanvar 2020-ci ildə Bekmezçiyə “silahlı terror təşkilatını idarə etmək” ittihamı ilə hökm oxunmuş və o, 17 il 4 ay həbs cəzasına məhkum edilmişdi.

Şərhlər bağlıdır.