AZƏRBAYCANIN GÜNEYİNDƏ QIZIL MƏDƏNLƏRİNİN TALANMASINA DAİR SƏNƏDLİ FİLM– VİDEO

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, Azərbaycanın Güneyində qızıl mədənlərinin talanmasına dair sənədli film hazırlanıb.

Güneyli rejissor Səccad Kəriminin çəkdiyi “Ölüm üçbucağı” adlı sənədli filmdə Azərbaycanın Güneyinin Tikantəpə bölgəsində yerləşən “Ağdərə” və “Zərşuran” qızıl mədənlərindən və ətrafda yaşayan soydaşlarımızın ağır durumundan bəhs edir.

Filmdə həmçinin qızıl mədənləri ilə yanaşı 80 daş, qranit və mərmər mədəninin İsfahan və Tehran şirkətləri tərəfindən istismar edilərək başqa əyalətlərə daşınmasından danışılır.

Ekran əsərində bölgənin ilkin infrastrukur imkanlarından məhrum olduğu, əhalinin işsizlik və yoxsulluqdan əziyyət çəkdiyi qeyd olunur.

Filmdə danışan yerli əhali acınacaqlı durumda olduqlarını, “ölüm üçbucağı”nda yaşadıqlarını bildirirlər.

Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Tikantəpə bölgəsində yerləşir.

Tikantəpə Yaxın Şərqdə Zərşuran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.

Lakin şovinist fars rejiminin ayrı-seçkilik siyasəti nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir.

Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

Zərşuran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/282732037172639/

Şərhlər bağlıdır.