Bu gün Bahar bayramıdır, ürəklərdə duyğular çağlayır. Hamı baharın gəlişi münasibəti ilə bir-birini təbrik edir. Lakin daha böyük arzu ürəklərdədir. Xalqımız azad, firavan həyat sürmək istəyir. Bunun yolunu hələ 77 il bundan əvvəl Azərbaycan Demokrat Firqəsi göstərib: Azad, müstəqil dövlət qurmaq, xalqı öz arxasınca aparmaq, bu işləri Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında həyata keçirmək.
Arzular öz yerində, amma əsas məqsəd budur. Xalq əmindir ki, yenə ona nicatın yolunu göstərəçək partiya mövcüddür. Yenə tarixin hərəkətverici qüvvələrini meydan daşıyacaq qüvvə vardır. Bu, Azərbaycan Demokrat Firqəsidir və biz də bu təşkilatın aparıcı qüvvələriyik. Yolumuz mübarizə meydanlarına uzanır və qalib gələcəyimizə tam əminik. Əvvəlki müraciətdə vurğulanan sözləri təkrar edirik: Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Demokrat Firqəsi!
Azərbaycan Demokrat Firqəsi
Şərhlər bağlıdır.