Cümə axşamı günü, 9.05.1946-cı il tarixində günortadan sonra saat 4-də şiddətli yağışa baxmayaraq firqə üzvləri Safi çayının kənarında dörd xiyabana cəmləşib hərbi təlimlər almaq üçün hazırlıq apardılar. Cümə günü (10.05.1946 – red.) səhər saat 8-də Nərgiz bağçasında hamı hazır oldu və rəsmən hərbi təlimlərin öyrənilməsinə başlandı.
Bütün firqə üzvləri, istər cavanlar, istər qocalar, istərsə cavanlar təşkilatının kiçik yaşlı üzvləri təlimat almaqda iştirak etmişdilər. Xalqımızın ciddi surətdə təlimatı təqib etməsi və onların möhkəm iradələri Azərbaycanın azadlığı və Milli Hökumətin qorunması uğrunda hər cür fədakarlıqlara hazır olduqlarının möhkəm dəlilidir. Firqə üzvləri çoxlu sayda bölüklərə ayrıldı və hər bölük üçün də təlimatçılar təyin olundu, qərara alındı ki, onlar vilayət komitəsi tərəfindən müəyyən olunmuş saatlarda hərbi təlimlərə davam etsinlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 200, 16.05.1946
Təqdim etdi: Səməd Bayramzadə,
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.