ƏRDƏBİLDƏ TARİXİ ABİDƏ BAXIMSIZ QALIB

O, BEYNƏLXALQ QEYDİYYATA NAMİZƏDDİR

Ərdəbildə beynəlxalq qeydiyyata namizəd tarixi abidə acınacaqlı durumdadır. Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Nadir Fəllahi beynəlxalq qeydiyyata namizəd abidənin cari ildə təmir ediləcəyini vəd edir.

Təbriz Turan TV bildirir ki, bundan öncə Ərdəbil əyalətinin Nir şəhəri yaxınlığında yerləşən tarixi “Şah Abas” karvansarasının YUNESKO tərəfindən beynəlxalq mədəni irs siyahısına alınması üçün müraciət olunub.

Həmin abidə Ərdəbil əyalətinin ən önəmli tarixi yadigarlarından biri olmasına, ümumdünya mədəni irs siyahısına salınması üçün qeydiyyata alınmasına baxmayaraq bu günə kimi onun təmiri üçün heç bir büdcə ayrılmayıb.

Tarixi karvansaray Ərdəbil əyalətində, Nir-Sarab yolunun üstündə və Nir şəhərinin 10 kilometrliyində yerləşir.

“Sayın” karvansarası kimi də tanınan tarixi abidə 1983-cü ildə 1653 qeydiyyan nömrəsi ilə İranın mədəni is siyahısına salınıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.