İranın Su Məlumatları Mərkəzi xəbərdarlıq edib: ölkədə su ehtiyatları kəskin azalacaq və quraqlıq yaşanacaq.
Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, məlumatda hazırda öncəki illərə nisbətdə su ehtiyatlarının kəskin tükəndiyi, cari yağış ilindən 185 gün keçməsinə baxmayaraq öncəki yağış ili ilə müqayisədə 15% su çatışmazlığının qeydə alındığı deyilir.
Mərkəzin başçısı Firuz Qasımzadə su qaynaqlarının yanlış idarəedilməsi problemlərinə toxunmadan yağıntıların azlaldığını və su qaynaqlarından istifadədə israfçılığıa yol verildiyini deyib.
Qeyd edək ki, 2021-ci ildə su qıtlığına görə Əl-Əhvaz başda olmaqla İranın bir neçə əyalətində geniş etiraz aksiyaları keçirilib.
2021-ci ilin iyun ayında Əl-Əhvazda keçirilən etiraz aksiyaları zamanı ondan çox Əl-Əhvaz ərəbi öldürülüb, yüzlərlə insan həbs olunub.
Şərhlər bağlıdır.