GÜNEYDƏN-QUZEYƏ

QACAR ŞAHZADƏSININ MART SOYQIRIMI XATİRƏLƏRI

Azərbaycan Cümhuriyyətinin hökuməti 1918-ci ilin iyulunda Azərbaycan xalqına qarşı erməni-rus silahlı bölmələrinin törətdiyi cinayət əməllərini araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaradır. Fövqəladə Təhqiqat Komissiyası hadisələrin şahidlərindən bir-bir ifadə alaraq hadisələri sənədləşdirir.

Qacar dövlətinin hakim ailəsindən olan Şahzadə Mənsur Mirzə Qacar Qovanlı Mart qırğınları zamanı Bakıda idi. O, təkcə hadisələrə şahidlik etməmiş, həm də az qala öldürülmüşdü.

Aşağıda Şahzadə Mənsur Mirzə Qacar Qovanlının Fövqəladə Təhqiqat Komissiyasına verdiyi ifadəni oxuya bilərsiniz.

“1918-ci il, 6 oktyabr. Bakı şəhəri.

Xatirə

Şahzadə Mansur Qacar, 12-ci Aktır Qusar polkunun keçmiş ko- mandiri, polkovnik, 47 yaşlı, Bakıda, Kamenistaya küçəsində, Manuçar Avakovun evində yaşayıram.

Bu il mart ayının ortalarında şiddətli atışma başlandı və ermənilər bolşeviklərlə birlikdə müsəlmanlara qarşı hücuma keçdilər. Bu zaman mən Nikolayevkski döngəsi, ev No 14-də yerləşən “Metropol” mehmanxanasında yaşayırdım. “Metropol” mehmanxanasının ikinci nömrəsi boş idi və mən, Maks Manaseviç, andlı iclasçı Nikolay Ananyev və artist D.Taqianosova ilə birlikdə ikinci nömrədən döyüşün gedişini müşahidə edirdik. Mən adları çəkilən şəxslərlə birlikdə gördüm ki, Jorj Melikov yumşaq şlyapada, yağışlıqda və uzunboğaz çəkmələrdə, əlində silah bir neçə silahlı daşnaksakanla birlikdə “Metropol” mehmanxanasının qarşısında, Nikolayevskaya küçəsində yerləşən Kələntərov pasajının tinindən çıxdı, pasajın zirzəmi mərtəbəsinin girişinin aşağı pillələrində oturdu və onlar Nikolayevskaya küçəsi boyunca atəş açmağa başladılar. Eyni zamanda “Metropol” mehmanxanasının damından və Nikolayevskaya küçəsinə perpendikulyar yerləşən “Qrand Otel” mehmanxanasının pəncərələrindən də pulemyotlar şaqqıldayırdılar. Ertəsi gün səhər tezdən iyirmi dörd nəfər silahlı erməni məni tutdular, mehmanxana otağımda axtarış apardılar və şübhəli heç nə tapmayaraq, “Vəhşi diviziyanın” zabiti olduğumu düşünüb, məni öldürmək istədilər. Andlı iclasçı Ananyev onları erməni dilində bir xeyli onları razı salmağa çalışdı ki, məni öldürməsinlər və daşnaksa- kanların bürosuna aparsınlar. Uzun təkidlərdən sonra ermənilər məni daşnaksakanların bürosuna apardılar və Tiqran Melikovun mənzilində yerləşdirdilər; Mənim əşyalarımı axtararkən ermənilər qızıl saatımı və qızıl portsiqarımı götürüblər; qızıl portsiqar Axtır alayının zabitlərinin mənə hədiyyəsi idi.

Oxundu. İmza. Polkovnik Şahzadə Mansur Qacar. Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Məmməd Xan Təkinski, Prokuror köməkçisi А. Kluge (imzalar).”

Aşağıdakı şəkil Şahzadə Mənsur Mirzə Qacar Qovanlı məxsusdur. O, 1931-ci ildə Azərbaycan SSR-də vəfat edib.

Şərhlər bağlıdır.