İRAQIN ALİ MƏHKƏMƏ ŞURASININ RƏHBƏRİ İRANA YAXIN QÜVVƏLƏRIN İRAQDA HÖKUMƏT QURMAQ ÜÇÜN TƏZYİQLƏR GÖSTƏRDİKLƏRİNİ AÇIQLAYIB

04.04.2022, “İran İnternational” saytı əsasında.

İraqda parlament seçkilərindən 6 ay keçməsinə baxmayaraq, Bağdadda yeni hökumət hələ də formalaşmayıb. İraqın Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zidan deyib ki, ədliyyə gələcək hökuməti formalaşdırmaq üçün güclü siyasi təzyiq və müdaxilə altındadır.

İraq mediasına verdiyi müsahibədə Zidan konstitusiyanın mürəkkəb prosedurlarına görə fövqəladə hökumətin yaradılmasını da rədd edib və bu varianta əl atılacağı təqdirdə onun mənfi nəticələri barədə xəbərdarlıq edib.

Ötən ilin (2021) oktyabrında keçirilən parlament seçkilərində Müqtəda əs-Sədr bloku parlamentdəki 329 yerdən 73-ünü əldə etməklə ən çox mandatı qazanıb.

Amma İran İslam Respublikasının “Qüds” qüvvələrinə yaxın olan Hadi Amerinin rəhbərlik etdiyi “Fəth” koalisiyası öz yerlərinin təxminən üçdən ikisini (66,7%-ini) itirib.

Belə bir şəraitdə İranın dəstəklədiyi şiə qrupların Koordinasiya Komitəsi İraqdakı siyasi böhranın həlli üçün Federal Ali Məhkəmənin müdaxiləsini növbəti dəfə tələb edib.

Millət vəkili və nümayəndə heyətinin üzvü Fazel əl-Məvat bu tələbi təkrarlayaraq mediaya bildirib ki, Koordinasiya Şurasının parlament iclaslarını buraxmaq səlahiyyəti var və bu səbəbdən də “Sədr” bloku Koordinasiya Şşurasının iştirakı olmadan hökumət qurmamalıdır.

Bundan əvvəl “Sədr” fraksiyasının lideri Müqtəda əs-Sədr İranın dəstəklədiyi qruplara mesaj göndərərək onlarla razılığa gəlməyəcəyi barədə xəbərdarlıq etmişdi.

Digər tərəfdən, Fəth koalisiyasının lideri hədə-qorxu gəlibdir ki, koordinasiya çərçivəsi Əksəriyyət fraksiyası məsələsi və Baş nazirliyə namizədlə bağlı razılaşma ilə bitməyəcək.

Böyük Britaniyanın İraqdakı səfiri ilə görüşdə Amiri bildirib ki, Londonun İraqın siyasi işlərinə müdaxilə etdiyinə dair üçüncü ölkənin kəşfiyyat qurumu vasitəsilə sübut əldə edib.

Aprelin 6-sı İraq Federal Ali Məhkəməsinin yeni prezidenti seçmək üçün son tarixdir.

Qeyri-rəsmi razılaşmaya görə, daha çox formal xarakter daşıyan İraq prezidentliyi bir siyasətçiyə təhvil verilməli, İraq parlamentinə isə şiə baş nazir və sünni siyasətçi rəhbərlik etməlidir.

İraqın növbəti hökuməti hələ formalaşmasa da, İraqın hazırkı baş naziri Mustafa Əl-Kazimi ölkəsinin təhlükəsizlik qüvvələrini siyasi qrupların təzyiqlərindən uzaq durmağa çağırıb.

Əl-Kazimi İranın dəstəklədiyi qrupların Demokrat Partiyasının qərargahına hücumuna toxunaraq deyib ki, onların münasibəti olmadan Təhlükəsizlik qüvvələrinin gözü qarşısında siyasi qərargahın yandırılması qəbuledilməzdir və vu qüvvələr sorğu-sual olunacaqlar.

Ötən həftə İranın dəstəklədiyi silahlı qüvvələr partiyanın Bağdaddakı ofisinə hücum edərək onu yandırdıqdan sonra Demokrat Partiyası qərargahını dağıdıb və siyasi fəaliyyətini dayandırıblar.

Demokratik Partiya deyir ki, indiyədək heç kim həbs olunmayıb və hökumət onların Bağdaddakı qərargahının təhlükəsizliyini təmin etmək niyyətində deyil.

https://www.iranintl.com/202204041957

 

Şərhlər bağlıdır.