İranda etirazların növbəti dalğası başlayıb. Kütləvi informasiya vasitələri xəbər verir ki, pandemiyadan əvvəl baş vermiş noyabr etirazlarından sonra hökumət etirazların əl-ayağını zorakılıqla yığsa da, bu prosesin dayanmadığını da yaxşı bilirdi.
Qeyd edək ki, hadisələr İranın dini cameəsinin əsas mərkəzi olan Qum şəhərində yaşanır. Əksər dini universitetlərin yerləşdiyi, daha çox “molla istehsalçısı” kimi ad çıxarmış Qum şəhərində bir neçə gün əvvəl İranın ali dini lideri Əli Xamineyinin posterləri, reklam lövhələrindəki şəkilləri və bannerləri yandırılıb. Hadisə kiçik həcimli olsa da, şəhərdə böyük səs-küyə səbəb olub.
Media xəbər verir ki, hadisələr bu gün də təkrarlanıb. Belə ki, bu dəfə hamının gözü qarşısında Xamineyinin şəkilləri olan bannerlər yandırılıb.
Bildirək ki, hadisənin konkret olaraq kimlər və ya hansı təşkilat tərəfindən həyata keçirildiyi məlum deyil. Güman edilir ki, proses faktiki rejimdən bezmiş insanlar tərəfindən başladılıb. Çünki son illər İranda yüksək infliyasiya, gəlirlərin azalması, yoxsulluğun artması və digər səbəblərdən ciddi narazılıqlar yaranmışdı. Görünür, proses məhz həmin məsələlərdən qaynaqlanıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.