Təbriz Turan TV xəbər verir ki, Zəncanın Taxılçılıq Baş İdarəsinin ticarət işləri üzrə sədr müavini Səttar Rəhməti Zəncan da daxil olmaqla ölkənin bir neçə əyalətində çörəyin kuponla satılmasını təklifi irəli sürülüb.
Agentliyin bildirdiyinə görə bununla əlaqədar tədbirlər görüləcəkdir. Növbəti yenilik bundan sonra baş verəcəkdir.
Səttar Rəhməti vətəndaşlara çörək kartları verildikdən sonra onların hesabına subsidiya məbləği köçürüləcəyi, çörəyin isə azad bazar qiymətləri ilə satılacağı bildirilib.
Zəncan Çörəkçilər Birliyinin başçısı Mehdi Bayat isə bu barədə onlar heç bir məlumat verilmədiyini deyib.
Əvvəllər də İranın Büdcə və Planlaşdırma Təşkilatı çörəyin kopunla satılacağı və çörək kartlarının verəcəyi barədə xəbərləri təkzib etmişdi.
Bildirilir ki, xüsusilə son illər İranın əksər əyalətlərində taxıl və un qıtlığının yaranmasına, çörəyin bahalaşmasına baxmayaraq, İran hökuməti Livana böyük miqdarda taxıl və un ixrac etmək barədə qərar verib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.